Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Keçid balı müəmması : Universitetlərə kimlər qəbul olacaq?

Tarix: 23-07-2017 10:30     Baxış: 3601 A- / A+
Keçid balı müəmması


Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisaslar üzrə keçid balının 150 bala endirilməsi gündəmin əsas mövzusuna çevrilib. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, müsabiqə şərtləri ilə əlaqədar Təhsil Nazirliyinin 13.07.2017-ci il tarixli məktubuna əsasən 2017/2018-ci tədris ili üçün bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılan yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlərin buraxılması nəzərdə tutulub. Ekspertlər hesab edir ki, keçid balının 150-dən az olmamaqla müəyyənləşməsi gələcəkdə savadsız kadrların yetişməsinə xidmət edəcək. Eyni zamanda təhsil sistemində məsuliyyətliliyi və tədris keyfiyyətini azaldacaq.

Təhsil ekspert Kamran Əsədov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, 26 ildir ölkədə hər şeyin səviyyəsi qalxır, hətta futbolumuzun reytinqi belə bir çox inkişaf etmiş ölkələri geridə qoyur, amma qəbul imtahanlarında keçid balı qalxmır ki, qalxmır:

“1992-ci ildə də 150 bal ali məktəblərə qəbul olmaq, tələbə adını qazanmaq mümkün idi, 2017-ci ildə də… 26 ildə bu sahədə heç bir irəliləyiş, artım yoxdur. Gözlənilirdi ki, bu abituriyentlərin nəticələrində artımlar müşahidə olunacaq. Lakin məlum oldu ki, bu heç də belə deyil. Abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar əvvəlki illərdə olduğu kimi aşağı səviyyədədir. Yəni yenə də qəbul imtahanlarında iştirak etmək hüququ qazanmış şəxslərin 52 faizi keçid balını toplaya bilmədi. Buna görə də, Dövlət İmtahan Mərkəzi ali məktəblərin plan yerləri boş qalmasın deyə, əvvəlcədən müəyyən olunmuş 200 ballıq keçid balını bütün ixtisas qrupu üzrə müəyyən ixtisarlar da 150 bala endirdi. Bu ilk növbədə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarının qarşısını almaq və Azərbaycan universitetlərində boş plan yerlərinin qalmaması məqsədi daşıyır. Halbuki, DİM rəhbərliyi israrla deyirdi ki, bu il qəbul imtahanlarında keçid balı əvvəl elan olunduğu səvviyyədə, yəni 200 balda qalacaq. Amma elə ilk imtahandan sonra məlum oldu ki, müəyyən olunmuş keçid balı şərtləri saxlanılsa, 12 minə qədər ali məktəbin plan yeri boş qalacaq. Bu da əlbəttə ki, ali məktəblərin fəaliyyətini ciddi şəkildə təhlükə altına alır. Bütün bunların baş verməməsi üçün DİM keçid balını 150-yə saldı. Amma nəzərə alsaq ki, maksimum bal 700-dür və 150 bal toplayan 5 ballıq qiymətləndirmə şkalasında 1 qiymət alır, gələcəkdə əmək bazarına hansı kompitensiyalara malik şəxsləri qəbul etdiyimiz müəmmalıdır”.

Ekspert əlavə edib ki, keçid balının aşağı salınması savadsız kadrlar yetişməsinə gətirib çıxaracaq: “Əslində kadrları universitet yetişdirir. Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz. Yəni xammal bir şey olmaldır. Amma heç nə bilməyəndən nəsə düzəltmək olmur. Universitetlərimiz də ki, göz önündədi. 26 ildir, ancaq adları var. Əmək bazarının tələblərinə cavab verən kadr hazırlığı həyata keçirilmir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar