Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Hər gün qatarla yol getdim, amma o stansiya olmadı..."

Tarix: 06-08-2020 18:27     Baxış: 2430 A- / A+
"Hər gün qatarla yol getdim, amma o stansiya olmadı..."


Deyirdim böyüyüb əsgər olacam,
düşmən ürəyinə qorxu salacam,
intiqam alacam, qisas alacam,
mən əsgər olmadan atəşkəs oldu,
qisas olmadı...


Manevr.az Fərid Muradzadənin şeirini təqdim edir:

Uşaq olam, uşaq olam, ax indi,
Uşaq ikən dərdi-qəmim yox idi,
Uşaq idim arzularım çox idi,
Sanırdım ki, böyüyəndə çin olar...
Böyüdüm artdı qayğılar,
Yaşananlar gün olmadı.
Xəyal dünyamı yıxdılar,
Arzularım çin olmadı...
Deyirdim bu kənddən şəhərə gedib,
Tələbə adını daşıyacağam,
Vaxtı bitən kimi şəhərdən dönüb.
Elə bu kənddə də yaşayacağam,
Bütün gördüyümü, götürdüyümü
Balaca kəndimə daşıyacağam
Tələbə oldum, kənd olmadı...
Deyirdim diplomat olacam bir gün,
Fələk istəyimi gözümdə qoydu.
Sındı şüşə kimi bütün arzular,
Puç olan ümidlər qəlbimi oydu
Diplom aldım, diplomat olmadım...
Deyirdim nə vaxtsa elə bu kənddə
Muzey açılacaq
Eksponat kimi evimə düşən
,,Qrad" mərmisi də orda olacaq.
Kəndimə ,,Qrad" çox düşdü,
muzey olmadı...
Burda bayramlarda fişəng atılır,
Orda bayramlarda ölüm yağardı.
Burada səhərlər əmin-amanlıq
Orda bombardman ərşə qalxardı.
Evlər uçulardı, kəndlər yanardı,
Gecəni dağda-dərədə
Səhər hamı öz yurdunda, elində,
evində olardı.
Burda gecələr hamı evində
olsa da elində olmadı...
Sevərdim qatar səsini
Gecənin bağrını yara-yara gedəndə.
Bir də bu sözü də sevərdim
,,Stansiya Akara " deyəndə.
Mən burda çox qatar gördüm,
Hər gün qatarla yol getdim
Amma o stansiya olmadı...
Deyirdim böyüyüb əsgər olacam,
Düşmən ürəyinə qorxu salacam
İntiqam alacam, qisas alacam,
Mən əsgər olmadan atəşkəs oldu,
qisas olmadı...
Amma ümidimi üzməmişəm mən
Bilirəm bu meydan çalxalanacaq.
Uçuq yurd yerində oba yerində
Üçrəngli bayrağım dalğalanacaq!

Fərid Muradzadə

Xəbəri paylaş







Müəllif: SEYMUR SÖNMƏZ
Tarix: 6 avqust 2020 23:17
Əhsən! Möhtəşəm qardaş uğurların bol olsun..

Deyirdim böyüyüb əsgər olacam,
düşmən ürəyinə qorxu salacam,
intiqam alacam, qisas alacam,
mən əsgər olmadan atəşkəs oldu,
qisas olmadı...
Müəllif: Zaur
Tarix: 7 avqust 2020 11:06
Weri oxuduqca sanki bir insan taleyini canli izleyirsen
Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar