Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olunub

Tarix: 03-07-2020 22:06     Baxış: 3238 A- / A+
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olunub

Azərbaycanın görkəmli şairi, müasir milli poeziyamızın ən parlaq simalarından olan Səməd Vurğunun şeirləri ilk dəfə Türkiyədə nəşr olunub.

Manevr.az xəbər verir ki, şeirlər Türkiyənin istedadlı milli şairi Kənan Çarboğa tərəfindən tərcümə edilib. Nəşrdə böyük şairin “Acı gülüşlər”, “Adsız şeir”, “Ana”, “Anamın gəlini”, “Bahar”, “Çiçək”, “Dağlar”, “Şəkil” və s. məşhur şeirləri toplanıb.
Kitabın “Ön söz”ünün müəllifi AMEA-nın həqiqi üzvü, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov, nəşrin məsləhətçisi Moşu Vəkilovdur. “Səməd Vurğundan seçmə şeirlər” adı ilə türkdilli poeziyasevərlərə təqdim olunan kitabın redaktorları Elçin Qafarlı və Dəyanət Osmanlıdır.
Bu nəşr Kənan Çarboğa ilə Elçin Qafarlının birgə layihəsi çərçivəsində Azərbaycan ədəbiyyatı seriyasından olan birinci kitabdır. Layihə çərçivəsində bu il ərzində Əhməd Cavadın, Mikayıl Müşfiqin və Cəfər Cabbarlının seçmə şeirlərinin də nəşr olunması nəzərdə tutulub.
Qeyd edək ki, keçən ay şair Kənan Çarboğanın “Turan aşkı” kitabı türk dilində Azərbaycanda Atatürk Mərkəzi tərəfindən Bakıda işıq üzü görüb.Azərtac

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar