Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

"...bir azdan yenə diksinəcək skamyaların azadlığı"-Emil Rasimoğludan yeni şeir...

Tarix: 12-06-2020 19:45     Baxış: 4430 A- / A+
"...bir azdan  yenə diksinəcək skamyaların azadlığı"-Emil Rasimoğludan yeni şeir...

***
Qatar relsləri yenə çiçəkləyib bir quşun dimdiyində;
bir qadınsa hardasa təqvimdən özünü atır.
Yolunu kəsirəm bir balığın:
Eşidirsənmi?

Yuxuda gördüyüm şəhərdə
anam da qarımırdı
atam üçün hər səhər...
Paltarlarındakı göy üzü bəxtəvər idi,
əlimdən düşüb sınan güzgüdəki
saçları da
saçlarının fəsili də bəxtəvər...
Çünki qovuşmaq hamının yadından çıxmışdı.

Yuxuda gördüyüm şəhərdə
nə məbədlər ayaqyalın,
nə də
işıq dirəkləri piyada.
Qarşıma da çıxmadı heç
məni əlimdən tanıyan adam...

...Qarşıma da çıxmadı heç
payızın üstünə qaçan bir qapı.
Soruşdum, dedilər;
Axı burda
çətirlər kimsəsiz filimləri,
itlər günəşi tapıb...

Boylanıram bir pəncərəyə;
Yürüydəki körpə gözlərini açsa
dişlərim qanad çıxaracaq
Axı, evimizin içi qocalıb.
Bir azdan
evimizin içi uşaqlara tərəf dil açacaq...

...və unuduram yuxuda gördüyüm şəhəri
...axı bir azdan
yenə diksinəcək skamyaların azadlığı

yenə kimsə
xəbər gətirəcək
bir qocanın əsasına bir ana bətnindən.

Görürəm ki,
balıq qayıdır
Tanrının tərk etdiyi külqabılara tərəf...
Mənsə
hələ də bir qadının saçlarına ev tikirəm.

Emil Rasimoğlu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar