Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Xəqani Həbiboğlunun "Gözlər"i -Hekayə

Tarix: 07-06-2020 16:17     Baxış: 3379 A- / A+
Xəqani Həbiboğlunun "Gözlər"i

Lahıcda həm sərin bulaqlar var, həm də yolun bir hissəsi Kəlbəcəri xatırladır ona...

Manevr.az Xəqani Həbiboğlunun "Gözlər" hekayəsini təqdim edir:

Gözlərinin qətl gününə qədər ən çox sevdiyi göz öz gözləriydi. Gözəllikləri yalnız gözləriynən gördüyü zamandan bəri çox gözlər axmışdı...

Gözlərinin xətrini ürəyindən əziz tuturdu. Haqqüçünə, gözləri ona borclu qalmamışdı,gözlərinin də gözü onu tutmusdu,tək tərpənməyə qoymurdu, tökülmüsdü yəni.

Yusifin "Gözlər" hekayəsini o vaxtlar oxumuşdu, Şairin oğluna hirslənmişdi ki, niyə şeir yazmayıb!

...Şair ölümqabağı Kəlbəcərə gedir. Tamaşasına yığışanlardan birinə səslənir:
-balam mənə su gətirsə, gözəl gözlərinə şeir qoşacam!
Qızın gözləri kor idi...
Sonralar qızın gözləri açılacaqdı, ərə gedəcəkdi və övladlarından biri çoxlu gözlər şeri yazacaqdı...

Gözləməkdə gəlməmək,gəlməkdə görməmək,görməkdə bəyənməmək sancısı var.

Gözlərinin xətrinə o qızın qapısına getmişdi, onu gözləməyən qız göz həkimiydi. Dünəndən zəng edib növbə götürmüşdü, bu gün artıq görüşüb evinə qayıdırdı.
Nəvəsi Şamaxıdan Lahıca təzə yol çəkildiyini deyəndə,bu yolla getmək istədi. Lahıcda həm sərin bulaqlar var, həm də yolun bir hissəsi Kəlbəcəri xatırladır ona. Yaddaşının gözü yaxşı görür hələ ki.

Nəvəsi meşənin sıx yerində maşını saxladı ki, babası dincəlsin.
Meşəyə özü girdi. Fəhmnən, əl havasına nazik ağac tapıb balası kimi bağrına basdı, mamırın sığalladı. Ağaclar məhəbbət buğlanırdı. Ancaq, o qızın çay süzərkən həyacanlı, təntimiş, tərləmiş halı daha ətirliydi. Qızın hörükləri çoxdan kəsilsə də, gur saçını tez-tez yığıb yuxarı qaldıraraq hava almağa çalışması, həkim xalatının boynunu sıxan düyməsini açması...

Bayram gecəsi gördüyü qəribə yuxu yadına düşdü. Yuxuda görmüşdü ki, böyük bir velosiped alıb, Kəlbəcərə gediblər.
Səhər tezdən Yunisin zəngindən heyrətə gəldi,eyni yuxunu görmüşdülər.. Yeganə fərq o olmuşdu ki,qızın Yunisə əclaf deməsini kisi"eşitməmişdi"!
-sənə əclaf dedi?
-hə,başın haqqı!
-o qız nə adamtanıyan adammıs,- deyə,Yunisi sancdı. Borclu qalmadı:
-adamtanıyan olmasa səni sevərdi,də !

Yunis salamını və hörmətini həkim xanıma çatdırmağı xahiş etdi. Kişi həkimə yuxu barədə heç nə demədi,desəydi də inanmazdı.
Yunisnən şərikli işi ilk dəfə deyildi.Təlabə vaxtı Moskvada yerli komandayla oyunda qələbə topuna ikisi də eyni anda zərbə vurmusdu.

Yunis tələbə vaxtı o qızın adından məktub yazmışdı ona. Bir cümlə lap əlaydı:-ay namərd,niyə mənə ürəyini açmırsan?
Mən qızam axı, utanıram!

Qız beləsinə əclaf deməsin, nə desin...

Nəvəsi arxadan çiyinlərini qucaqladı:
-baba,söhbət edək?
-edək.
-bilirdin xeyri yoxdu, niyə getdin həkimə?
-ona çox baxmışam, görməyib məni, indi o mənə baxdı,mən onu görmədim!
-baba, sevgi nədi?
-kipriklər. Çünki, biz istəməsək də tez-tez görüşürlər.
-baba, Kəlbəcərin gözü nədi?
-bulaqları.
-kahalar gözə oxşuyur axı?
-kahalar da gözmüs, namərd olduqlarından Allah çıxarıb onları, yağışdan daldalananı ya ildırım vurub,ya ayı boğub kahada.
-baba, dünyanın mərdi kimdi?
-gözlər, biri ağlıyanda o biri gülmür.
-ayrılıq nədi?
-dörd gözlə ağlamaq!
-səhrada ərəbin dəvəsinin ölməyi pisdi,həvəsinin?
-su qabının itməsi daha pisdi.

Nəvə yorulmuşdu,sonuncu sualı evə çataçatda verdi:
-gözün görmür,bəs yuxunu necə görürsən?
-...

Xəqani Həbiboğlu
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar