Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Elmin və sənətin ucalığında

Tarix: 03-06-2020 22:50     Baxış: 4613 A- / A+
Elmin və sənətin ucalığında

Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, görkəmli şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, “Qızıl kəlmə”, “Qızıl qələm”, “Vətən”, “Araz”, “İlin ən yaxşı kitabı” və s. mükafatların laureatı Rafiq Yusifoğlunun şəxsiyyəti, yaradıcılığı həmişə ədəbi tənqidin diqqət mərkəzində olmuşdur. Görkəmli qələm sahibləri, şairlər, yazıçılar, ədəbiyyatşünaslar mətbuatda onun yaradıçılığı haqqında həmişə müsbət fikirlər söyləmişlar. Süleyman Rüstəm, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qasım Qasımzadə, Məmməd Araz və başqaları ayrı-ayrı məqalələrində istedadlı cavanlar sırasında onun da adını çəkmişlər. Nəriman Həsənzadənin 1971-ci ildə Rafiq Yusifoğlu haqqında yazıb “Azərbaycan gəncləri” qəzetində çap etdirdiyi “Uğurlu yol”dan sonra gənc şairin əsərləri mətbuatda müntəzəm dərc edilmiş, şeirlər kitabları nəşr olunmuşdur. İndi Rafiq Yusifoğlu irli-xırdalı 85 kitabın müəllifidir, əsərləri dərsliklərə düşüb, bir sıra dillərə tərcümə olunub.

Tofiq Mahmud, Hikmət Ziya, Cavad Cavadlı, Tofiq Mütəllibov, Ağa Laçınlı, Zahid Xəlil və başqaları Rafiq Yusifoğlunun ilk kitabları haqqında məqalələr yazıb çap etdirmişlər. Sonralar demək olar ki, bu istedadlı qələm sahibinin bütün kitabları haqqında məqalələr, monoqrafiyalar yazılmışdır.

ADPU nəşriyyatında yenicə nəşr olunmuş “Elmin və sənətin ucalığında” adlı 512-səhifəlik fundamental kitabda son on ildə Rafiq Yusifoğlunun yaradıcılığı haqqında yazılmış məqalələr toplanmışdır. Akademik Nizami Cəfərov, professorlardan Himalay Qasımlı, Qəzənfər Paşayev, Zahid Xəlil, Tərlan Novruzov, Yaqub Babayev, Mahmud Allahmanlı, Əzizxan Tanrıverdi, Elman Quliyev, Vaqif Qurbanov, Məmməd Əliyev, Əsgər Rəsulov, Bədirxan Əhmədov, Avtandil Ağbaba, filologiya elmləri doktorları Vaqif Yusifli, Mahirə Quliyeva, filologiya üzrə fəlsəfə doktorları Adil Cəmil, Zəki Bayram, Seyfəddin Eyvazov, Səməngül Qafarova, pedagogika üzrə fəlsəfə doktoru Allahverdi Eminov və başqalarının Rafiq Yusifoğlunun yaradıcılığı haqqında yazdıqları məqalələr öz elmi tutumu, əhatəliliyi ilə diqqəti cəlb edir.

Kitabda verilən məqalələr “Portret cizgiləri”, “Poeziya”, “Uşaq ədəbiyyatı”, “Ədəbiyyatşünaslıq” bölmələrində toplanılıb. Sonuncu bölmədə isə Rafiq Yusifoğlunun həyatı və yaradıcılığı ilə bağlı ayrı-ayrı dərslik və monoqrafiyalarda gedən portret məqalələr verilib.

Ümumiyyətlə, Rafiq Yusigoğlunun yaradıcılığına həsr olunan bu sanballı maqalələr kitabı görkəmli qələm sahibinin çoxşaxəli yaradıcılığı haqqında dolğun təsəvvür yaradır. Ümid edirık ki, bu kitab gələcəkdə ədəbiyyat tariximizin araşdırıcıları üçün mötəbər bir qaynaq rolunu oynayacaqdır.

Manevr.az
Elmin və sənətin ucalığında

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar