Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Tural Turandan yeni şeirlər

Tarix: 27-05-2020 15:45     Baxış: 3333 A- / A+
Tural Turandan yeni şeirlər

Vurulub ovcuma üzüm,
Kölgəmdə qarıyır közüm.
Çıxıb gedib ayaq izim,
atılmış çölləri yuyur...


Manevr.az Tural Turanın yeni şeirlərini təqdim edir:

7 not

Şənbə - yığışıb bir şəklin dəfninə gedirik.

Bazar - Dirijorun çubuğu qalxır və notlara düzülür küləklər...

Bazar ertəsi - Bir balta yuxuya gedib ağac kölgəsində.

Çərşənbə axşamı - ölülərin üstündən torpaq iməkləyir.

Çərşənbə - bir payız özünü asdı,
xəritəsi sünnət olunmuş Vətəndən.

Cümə - bir qadının səsinə
evlilik təklif etdim bu gün...

Cümə - dualar oyanmadı azan vaxtında,
Tanrı da yatıb qaldı bu sabah...

27 elat (may) 2020
Bakı


***
(Əməkdar mədəniyyət işçisi,
xalçaçı rəssam Fazil Abasquluzadəyə)


Mən huşunu yemiş daşam,
alın yazımı udmuşam.
İşıq qurudur bu başım,
ayağım yolları yuyur.

Atlarımı nal-nal yedim.
İşığımı yol-yol yedim.
Son nəfəsi il-il yedim,
Günahım illəri yuyur...

Vurulub ovcuma üzüm,
Kölgəmdə qarıyır közüm.
Çıxıb gedib ayaq izim,
atılmış çölləri yuyur...

25 may 2020
Bakı


Tural Turan
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar