Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tural Turan:"Sevgiləri kök altına salan riyaziyyat məlliminin hikkəsidir..." -ŞEİRLƏR

Tarix: 20-05-2020 10:45     Baxış: 3314 A- / A+
Tural Turan:"Sevgiləri kök altına salan riyaziyyat məlliminin hikkəsidir..."

"...Gözəlliyin gec qaldı axşam namazına,
Qəzasını mənə tapşırma,
Bayaqkı köpək iş tapşırıb mənə,
Gedib odun yığmalıyam...
Axşam sevdiyi ilə gələcək
ocaq başına..."


Manevr.az Tural Turanın yeni şeirlərini təqdim edir:

***

Gözəlliyin gec qaldı axşam namazına
Qıldım getdi, səninki...
İndi də tək deyiləm, sərxoş bir yalnızlıqla
Cəmiyyət olmuşuq...
Bir də bir çubuş var, anadan yetim,
Ağzında bizə çörək gətirib zibillikdən,
Qaldığımız ocağın qırağında qızınmaq üçün,
Anlada bilmirik ki, biz rüşvət almırıq
Və rüşvətxor ayrılmışlardan da deyilik.
Sənsizliyin ilk şeirini
Gülbəs arvadın təndirinə yazmışam,
gedib oxuyarsan...
Gözəlliyin gec qaldı axşam namazına,
Qəzasını mənə tapşırma,
Bayaqkı köpək iş tapşırıb mənə,
Gedib odun yığmalıyam...
Axşam sevdiyi ilə gələcək
ocaq başına...

***

Acıların nə ünvanı olur,
nə də telefon nömrəsi.
Bir yalın ayaqları olur,
düşər dalınca,
sevgilindən məktub var – deyə.

Sevgiləri kök altına salan
riyaziyyat məlliminin hikkəsidir.
Bir də
Pifaqor teoremini həyatında tətbiq etməyə çalışan,
ali təhsilli fəhlənin hövsələsizliyi...
Pul tutub adam sevdirir indi öz oğluna
yeni tikililərin “prorabı”...

Biz pəncərəsiz evlərdə sevişməyi öyrəndik, gülüm,
Rədd ol, gözümün önündən...

Mən getdim
qonşunun uşaqlarına qarğıdan at düzəltməyə...
Get yat, bir azdan pəncərənizin önündə
xlor satan arvad kasıblığın himnini oxuyacaq...
Bir də uşaqlar qarğı atlarını kişnədəcək, doqqazınızda...
Get yat, mən ağ atlı şahzadə deyiləm,
Qarğı at düzəldənəm uşaqlar üçün...

***

Kaş,
böyüyə bilməyən
gözlərimi də
aparıb gedəydin.
Yəqin bilirsən, Sənsiz
hər gün intihar edir
göz yaşlarım.
Kaş,
qucaqlarını qoyub gedəydin,
darıxanda sarılaydı
tufanlarım, yağışlarım...
İndi hər gün
Bir möhtəşəmlik çökür,
Nərgizgülü qoxusunda.
İndi hər gecə
xatirələrimə günəş doğur,
ayrılığın qış yuxusunda...


Tural Turan

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar