Sizin Reklam Burada
Xəbər lenti
02 iyun
01 iyun
BÜTÜN XƏBƏRLƏR

Emil Rasimoğlu: "Prezident təqaüdü verilməsin..."

Tarix: 09-05-2020 15:56     Baxış: 3153 A- / A+
Emil Rasimoğlu: "Prezident təqaüdü verilməsin..."

“Azərbaycan Yazıçılar Birliyi bu il Prezident təqaüdü alacaq şəxslərin siyahısını Mədəniyyət Nazirliyinə təqdim edib. Ancaq yenə adəti üzrə siyahının kimlərdən ibarət olmasını açıqlamayıb. Niyə?Nədən, kimdən çəkinirlər? Nədir onları hər il bu gizli addımı atmağa vadar edən? Yoxsa yenə Anarın diktaturası, Rəşad Məcidin, Fikrət Qocanın siyasi gedişləridir? Hər il 3-5 nəfərin adı bəlli olur, vəssalam!”

Manevr.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Prezident təqaüdçüsü, şair Emil Rasimoğlu deyib. Prezident təqaüdçüsü AYB-nin hər il yetmiş nəfəri necə, hansı meyarların əsas götürülərək müəyyənləşdirdiyini söyləməkdə çətinlik çəkdiyini bildirib:

“Axı, nə az, nə çox 70 nəfər şəxsdi. Kimdi bu 70 nəfər? Bir desinlər, biz də bilək. Bunlar 10 milyon əhalisi olan bir ölkədə hər il yetmiş nəfər yazıçını, şairi necə, hardan tapırlar? Doğrudan da başa düşmək, anlamaq çətindir. Digər tərəfdən, axı, Yazıçılar Birliyinin ölkəni əhatə edəcək elə bir fəaliyyəti də yoxdur ki, deyəsən ki, əyalətlərdə dinamik ədəbi mühit yaranıb, rayonlardan, kəndlərdən istedadlar tapılıb üzə çıxarılır.

Yaxşı, indi necə edək, AYB-dən ölkə rəhbərliyinə müraciət edəkmi? Bu qurumun fəaliyyətinin bir tərəfi həmişə pərdə arxasındadır.Haçana qədər, ay Anar müəllim?! Bir də ki, hər il 70 nəfərə Prezident təqaüdü verincə olmazmı ki, bir dəfə Prezident təqaüdü ilə təltif olunan həmin mükafatı bir neçə il alsın? Mən burada özümü nəzərdə tutmuram. Əsla! Heç ehtiyacım da yoxdu. Sadəcə adının açıqlanmaması qədər istedadsızlığa malik olan bir sıra şəxsləri siyahıya salıb onları təltif edincə hər il nəzərdə tutulan say azaldılıb təqaüdün ili uzadılsa daha hörmətli və məqsədəuyğun olar”.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar