Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Çinarə Ömray: "Azərbaycanda qadın doğuldunsa uduzmusan..."

Tarix: 07-05-2020 19:07     Baxış: 3542 A- / A+
Çinarə Ömray: "Azərbaycanda qadın doğuldunsa uduzmusan..."

***

Azərbaycanda qadın olaraq dünyaya gəldinsə, demək, həyata 1:0 uduzmuş halda doğulmusan. "Qadın böyük qüvvədir" deyimi tam bizim ölkə üçün ölçülüb-biçilmiş bir deyimdir. Nənəm demişkən, elə bil boyuna ölçüblər.

Bineyi-qədimdən bizdə qıza duz yükü kimi baxıblar. Aşağı-yuxarı, elə indi də. Həmişə evin qızı qardaş, əmi, dayı oğlanlarından bir pillə aşağıda dayanır, qorxaq, gözüqıpıq böyüdülür. Evdə, nəsildə nə qədər erkək varsa, hamısına o qızın üstə ağalıq etməyə haqq verilir, nəslin namus, qeyrət ağacına çevrilir qız. Bu, indiki zamanda da 80% ailələrdə belədir. Qızı oxutmazlar, oxutsalar da, "oxutdum qudurdu" deyib aşağılayarlar.

Elə ki, qız başını bir az qaldırdı, tez əli çörəyə çatan birini tapıb bu duz yükü ağırlığında olan qızı ona verib, bu ağır Naxçıvan yükünü çiyinlərindən boşaltmış olarlar. Qızdan fikrini də soruşmadan duz yükünü itələyib başqa bir qapıya atmaqla valideynlik borcundan çıxmış, namus yükünü layiqincə daşıyıb estafeti oğlan evinə vermiş kimi rahatlayıb, dərindən nəfəs alarlar. Yox, haqsızlıq etməyək, arada qızdan da fikrini soruşan olar, amma qız razı olmayınca, dövrəyə xalalar, bibilər girər. Orta məktəbi qardaş, əmi, xala oğlanlarının yumruğu, qorxusu altında gözüyumulu bitirən qızı "sən bilmirsən, ay bala, əsas oğlan səni sevsin, sonra özünü sənə sevdirəcək", "bax, mən də sevməyib getmişəm, gör nə xoşbəxtəm", "get qardaşlarının yumruğundan canın qurtarsın, ağ günə çıx da, ay dəlibaş", "bax, evi də var, maşını da" sözləri ilə elə doldurarlar ki, qız bir də ayılıb görər, artıq qırmızı gəlin xələtindədi.

Qohum-əqrəba da toyda bir az "Vağzalı"ya kövrəlib, bir dövrə də "Leyli can, Leyli"yə oynamaqla öz missiyalarını yerinə yetirib qələbədən həzz alar.

Hə, bir də belə bir qayda olur. Qız ata evindən çıxdısa, ancaq ağ kəfəndə qayıda bilər ora. Başa düşmürəm, ta ağ kəfəndə ora niyə qayıdır ki? Dindirmə otağı-zaddı ora?

Səbəb? Səbəb bu: "Bəs el-oba nə deyər?"

Evdə söz-söhbət olanda da yenicə çiyinləri duz yükündən azad olan valideynlər gələrlər, söhbətin səbəbini araşdırmadan qızlarını çəkib bir-iki şillə vurar, qız anası "həyatda ana, qayınana, gəlin ola bilmək üçün dözmək lazımdı", - deyər, qəhrəmanlıq edibmiş kimi, hələ bir fəxrlə özünü də qızına misal çəkər və gedər.

Bir sözlə, qızlarına təhsil, elm yerinə iki Fatihə, bir İxlas öyrədib, ər evinə yola salır, bir müddət sonra yazıq qız iki Fatimə, bir İlyasla qalır ortalıqda.

Bunca işgəncələrdən sonra intihar edən qızın arxasınca olmazın sözlərin danışmağa da çəkinməzlər. "Dözə bilmədi, intihar etdi" deməzlər, "nə zibilisə vardı ki, ört-basdır etmək üçün intihar etdi" deyərlər.

Düz deyirlər, qadın böyük qüvvədir. Böyük qüvvədir ki, bunca şeylərə dözə bilir.

Çinarə Ömray
AYB-nin üzvü,
Prezident təqaüdçüsü


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar