Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Emil Rasimoğlu: "Salam Sarvanın böyük ədəbiyyatı yoxdur"

Tarix: 05-05-2020 15:42     Baxış: 3560 A- / A+
Emil Rasimoğlu: "Salam Sarvanın böyük ədəbiyyatı yoxdur"

Gənc şair Emil Rasimoğlu tanınmış şair Salam Sarvanın yaradıcılığı haqqında müxtəlif tənqidi fikirlər səsləndirib. O fikirləri olduğu kimi təqdim edirik:

Salam Sarvan haqqında bir neçə söz və ya Salamın SARVAN ola bilməməsi...
_______

Salam Sarvanın şeirlərini mütəmadi olaraq oxumuşam və onun ədəbi mülahizələrinə də bələdəm.

Salam Sarvanın böyük istedadı (şüuraltı ədəbi baxışından bəlli olur), analtik düşüncə tərzi var. Amma böyük mətni, yazısı, ədəbiyyatı yoxdu. Bəlkə də yaratmaq istəyib amma yarada bilməyib. Hərdən mənə elə gəlir ki, Salam hansısa şairin yaradıcılığının bir küncüdür.

Bəs, sual edə bilərsiniz ki, istedadı haradadı? Deyəcəyəm!

Əvvəla onu deyim ki, bu adamın bir ömür yaradıcılıq boyu necə deyərlər, öz emalatxanası olmadı. Matreal var, enerji var amma dəzgah, emalatxana yoxdu. O dediyim böyük istedadı yaradıcılıqda göstərmək üçün gərək ki, öz emalatxanan, öz dəzgahın ola...

Salam bir gün Ramiz Rövşənin, bir gün Füzulinin, bir gün Sabirin, bir gün Aşıq Ələsgərin, bir gün dünya ədəbiyyatındakı hər hansısa bir şəxsin emalatxanasından, dəzgahından istifadə etdi. Salamın ən böyük uğursuzluğu da məhz bu oldu.

Məsələn, dünya ədəbiyyatından tərcümələr edir. Sonra da başlayır o tərcümələrin poetik qəlblərində özünə kərpic kəsməyə. Son şeirləri buna misal ola bilər.

Digər tərəfdən, bəs Salam yaradıcılığında özü ola bildimi ? Bəli oldu! O da çox kiçik tərzdə. Salam şeirlərindəki bir ovuc torpaqdı. O torpaq ki, onu oxucunun gözünə zamanında atmağı bacarır. Salamın məhz ədəbiyyata gəlib çatan istedadı da buradadı.

"Darıxma, düzəlməyəcək",
"Dünən toyumda idim,
yerim məlum, sevdiyim.." tipli misralardan ibarət şeir nümunələri sadəcə oxucuya illuziya göstərməkdi, böyük mətn yaratmaq yox. Bəlkə Salamın məqsədi də məhz bu olub.

Elə Salamı sevdirən də oxucunun gözündəki o bir ovuc torpaqdı.

Emil Rasimoğlu
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar