Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tural Turandan yeni şeir

Tarix: 30-04-2020 19:21     Baxış: 2354 A- / A+
Tural Turandan yeni şeir

"..Hamı tikanlı məftildi,
hamı özünə Vətəndi.
Bir mənəm bu soyuqda
ovcu açıq Vətən indi..."


Manevr.az Tural Turanın yeni şeirini təqdim edir

***

Yağışlar qapım, bacam,
küləklər evim-eşiyim...
Göy üzüdü anam-bacım,
Özünü doğmuş kişiyəm.

Layla de, yatmır qəbirim,
layla de bu boş məzara.
...Layla de, cücərsin əlim,
Yaz götürüm daş məzara.

Məzarlar da üz çevirdi
qəbrə Vətən deyənlərdən.
Soyuq səkilərdi Vətən
ovcundan üşüyənlərə...

...Baxışımı bağlamışam
yenə də ayaq uclarıma.
Göz yaşlarım Vətəndi
çatlamış ovuclarına.

...Hamı tikanlı məftildi,
hamı özünə Vətəndi.
Bir mənəm bu soyuqda
ovcu açıq Vətən indi.

...Küçələr bayraq düzəltsin
bu qara tellərimdən mənim.
Qoy öpsün güz küləyi,
öpsün əllərimdən mənim.

Tural Turan
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar