Xəbər lenti
Aydan Ay: "Göz yaşından tanıyacaqlar məni..."
"...İndi əllərimdə darıxan məktublar
Bilmir yaddaşını kimdə itirsin..."
Manevr.az Aydan Ayın yeni şeirini təqdim edir:
***
İndi əllərimdə darıxan məktublar
Gənc ikən evimizə səhər olublar...
İndi əllərimdə darıxan məktublar
Gənc ikən məndən də ümid umublar...
Verməmişəm, ömürdən küsüb,
bir ovuc göydə solublar...
İndi əllərimdə darıxan məktublar,
Atamın üzünü görsə dönüb körpə olardı...
İndi əllərimdə darıxan məktublar
Anamın səsinə sevinər,
Güllərə torpaq,
buludlara kölgə olardı...
Buludların kölgəsində öz ömrünü ovudardı...
İndi əllərimdə darıxan məktublar
Bilmir yaddaşını kimdə itirsin...
Bilmir evimizi kimə tapşırsın...
Quş uçmur quşa,
yel əsmir, yelə tapşırsın...
İndi əllərimdə darıxan məktublar
Adım yola düşsə, darıxacaqlar...
Göz yaşından tanıyacaq məni
Əllərində məktub böyüdən bütün uşaqlar...
Aydan Ay
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
KƏRAMƏT
Tural Turan
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar