Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Cavid Fərzəli:"Uçuq tərəfinə söykəndiyin hər gecə dustaq pəncərəsidir..."

Tarix: 19-04-2020 19:42     Baxış: 3243 A- / A+
Cavid Fərzəli:"Uçuq tərəfinə söykəndiyin hər gecə dustaq pəncərəsidir..."

"...Küçələrin kirli təbəssümündə
oğlumla atam arasında
həmişə otuz yaşımda qalacağam.
...və mən bunu qəbirlərin qulağına pıçıldaya
bilməyəcəm..."


Manevr.az Cavid Fərzəlinin yeni şeirini təqdim edir:

Pəncərəmdən baxanda; güzgülərdən doğma
olmaq istəyirəm buludlara,
yollardan ayaqlarını kəsmək istəyirəm
ayrılıqların...

Heyif,
yağışların üzü qalmır
güzgülərin yaddaşında.

...və sonra darıxmağımız balıq üzlü sulara
dağılır.
Saata baxmadığımız andan yaşadığımız
hər dəqiqə ölü doğulur
bu evin saralmış ürəyində.

Sən demə,
bir kəpənək ömrünün əvvəlində
tələsdiyimiz bütün addımlar
xoşbəxtliyə yubanmaq imiş.

...Küçələrin kirli təbəssümündə
oğlumla atam arasında
həmişə otuz yaşımda qalacağam.
...və mən bunu qəbirlərin qulağına pıçıldaya
bilməyəcəm.

Axı, yaşamaq hər günün içindən sevdiklərini
sağ çıxartmaqdır...
Uçuq tərəfinə söykəndiyin hər gecə
dustaq pəncərəsidir.
Masamın üstündəki kitablar əllərimin
tənhalığıdır.

Hər saatın başında
gizləmək istədiyim duru qaranlıqlar
mənə söylədiki;
ömründə bircə dəfə qovuşmadınsa
heç vaxt tənha ola bilmirsən...
Ürəyinin dabanından çırpılırsan yerə.
Əqrəblərin səhərində
döydüyün hər günün qapısında.

...və beləcə tənhalıq diri gözlü gecələrə dönür,
qar üzlü ömürlərə qalır.

Sənsə hələ
tək qaldığın üçün səhəri gözləyirsən
elektrik lampasının altında,
Allahı qarğıyırsan.

Günəş qapını döyür artıq...
Ayaqqablarım sarılır qapımızın ağzına.
Dur əlindən tut qarışqa arzuların...
Ölmə!
Onsuz da qapımızın üzün sevməz küçələrin
göz yaşı.

Cavid Fərzəli
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar