Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Elvin Paşa: "İtir-batır üzümdəki əl işin..."

Tarix: 17-04-2020 12:00     Baxış: 2463 A- / A+
Elvin Paşa: "İtir-batır üzümdəki əl işin..."

"...Bəzən ömür azlıq edir sevməyə,
bəzən adam özü belə çox olur..."


Manevr.az Elvin Paşanın şeirlərini təqdim edir:

İnşirah

And olsun köksünü geniş qıldığın kəsə
Birdən içimi ölüm qorxusu bürüyür.
Dönüb sən ola biləydim təki
Ölüm bəlkə də cazibə qüvvəsidi
adamı yerə çəkir...

Bir səs fısıldanır qulağıma- küləkdə
Yaşadıqlarımdı öz oxu ətrafında fırlanır başıma
Varam, varam
- Günahkar olma

bir adam çıxır yaddaşımdan
Dayanıb addımını sayıram
Peşmanlıqdan əyilirəm "vav" kimi
Alnımı torpağa qoyuram

"Çətindi" "çətindi" zikri
edir dilim
Özüm öz sözümü kəsirəm
Əlimi buraxanlardan küsürəm
Qulağım bir səs alır müəzzindən
-İnnə məal usri yusrən

İçimdə "Sur" çalınıb

Yenə həmin səsdi qulağımda- əmr edir
Onurğandan qırıl düş səcdəyə
Yaşa bu eşqi, qayna bu qapıda- Qovrul
Rahatlıq olmayan yerdə dincəlmə
boş qalma, yoruldun qalx,
yenə yorul...

Gün keçdi

Unutmağa çalışıram görürsən,
Götür bütün yaddaşımı, uzaqlaş.
Ən çətin iş mənə düşdü, bilirsən,
Bircə dəfə inad etmə, razılaş.

Səsin itir qulağımdan birinci,
sonra qoxun daha gəlmir burnuma.
Xatirən də "adam kimi" dil bilir,
darıxanda qaçır girir qoynuma...

İtirirəm səsindəki kədəri,
itir gedir qulağımdan gülüşün.
Bilirdim ki, mən də çətin adamam,
Bilirdim ki, buz olmaqdı vərdişim...

Bax, üzümün gülüşünün memarı,
dön mənə bax,
itir-batır üzümdəki əl işin,
Bir gün hər şey sona çatır ömürtək.

Yoxa çıxır nəhayətdə yox olur,
Sevgi elə zəhrimardı, bilirsən.
Bəzən ömür azlıq edir sevməyə,
bəzən adam özü belə çox olur...

***
Qayıdıb gedənlər gəlsə,
Belə olmaz gələn səfər.
Qulağıma gələn səsə
Qaçıramki sən deyilsən!

Qürurun kimə xoş olur?
Allah, bu adam daş olur.
Harda yaralı quş ölür,
Uçuramki sən deyilsən!

Həsrət əl-ayağımı qapır.
Harda itdim, hardan tapım?
Hərdən bir döyülür qapım,
Açıramki sən deyilsən!

Elvin Paşa
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar