Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Həyat”-dan danışan müsahibə...

Tarix: 09-04-2020 14:20     Baxış: 3292 A- / A+
“Həyat”-dan danışan müsahibə...

30 yaşına yeni qədəm qoyacaq ssenarist, yazar, daim yazılarında yeni bir həyat yaradan, öyrədən, diqqət çəkən, o yazılarda birinə həyatı, birinə sevgini, birinə vicdanı, birinə insanlığı, birinə yaşamı, birinə də arzu, xəyalları dərk etdirən, fəqət, öz arzularını özündə yaşada bilməyən bir qadının-Asinin qəlbinin yarasından olan söhbəti və müsahibəsi.
Son günlər hər şey bir-birinə oxşar gedir. Mərkəzdə də işlər bir az gərgindi. Ard-arda yazılası ssenarilər, görüşlər, rejissorla müzakirələr, alınan, alınmayan kadrlar, kaprizli aktyorlar, redaksiyadakı bəzi problemlər; yəni, anlayacağın yerli-yersiz baş ağrıları çoxdu. Bir yandan da özümü yaxşı hiss eləmirəm, nəsə bir şeylər yolunda deyil. Hiss edirəm ki, həmişəki mən deyiləm. Çox sıxılıram, gərginəm,rahatlığım yoxdu, bir yandan da ağrılar...

-Asi, olmaya depressiyaya hazırlaşırsan?

-Nə bilim,bəlkə də.Ya da gələcək 30 yaşın mehidi,vurur yavaş-yavaş..

-Ən gözəl yaşın gəlir, heç də dərinlərə enmə, qoy oturmuşuq.

-Bilmirəm, Vəfa. Sözdü də deyirəm. Bilirsən necəyəm, sanki bir dağ çöküb, qalmışam altında.Heç tərpənə də bilmirəm ki çıxam.

-Tam olaraq necə ki? Bəlkə yenə seansa gedəsən? İşdəki gərginliklər, ağrıların yəqin əsəblərinə çox təsir edir.

-Qəribə dərinlikdəyəm bu aralar, lap elə olsun depressiya.(kinayəylə) Özüm öz imdadıma çata bilmirəm. Belə hala mən nadirən düşürəm. Axırıncı dəfə 11 il əvvəl belə olmuşdum, 19-umda... Beynim qəribə bir manipulyasiyadadı. Özümü bu dünyada hiss eləmirəm. Sanki, başqa yerdə bir burulğanın içindəyəm, kiminsə gəlib məni qaytarmağını gözləyirəm. Hərdən olan qarabasmalar da gərginliyimi bir az daha artırır. Bunlardan dolayı bədənimdə ağrımayan nöqtə qalmayıb. Özüm də dəfələrlə müayinə olunduğumdan da bilirəm ki, heç bir köklü problem yoxdur. Hamısını bu “lənətlənmiş” beynim edir. Sadəcə, indi ruhumun çökdüyünü hiss edirəm. Heç elə olur ki, əlimi qaldırmağa belə halım olmur, ya da mən istəmirəm. Birdən durub bir özümü silkələyirəm-“özünə gəl, burdasan, bu dünyada, bu həyatdasan. Bu qədər eləməli olduğun işlər, qurmalı olduğun planlar var, ayıl.” Olmur, yenə qayıdıram ora...Hərdən öz-özümə gülüb deyirəm, atam düz deyirdi də. Özümü bu qədər sahənin içinə atanda belə olacaqdı. Bilinmir daha nəçiyəm. Hər sahədə varam.

-Asi, ikimiz də gözəl bilirik ki, sən özünü niyə bu qədər işin arasına salmısan. Öz ixtisasından ora, ordan bura... Hələ imkanın olsa, yenə harasa atılarsan. Tanımırıq səni..? Özünü işə bu qədər verdin ki, unudasan. Başını qaşımağa vaxtın olmasın, xatırlamayasan. Sən özündən qaçmaq istəyirsən. Belə də öz qəsdinə durursan elə bil, bu qədər də olmaz axı
-Vəfa, nəysə. Qoy sözümü danışım. Onsuz ayda, ildə bir dəfə hardasa, kimləsə oturmağa vaxt edirəm.

Onu deyirdim axı, kişi düz deyirdi. Deyəsən həmin vaxta çatmışam.Bu dəfə deyəsən həqiqətən yorulmuşam.Qaçmaq, uzaqlaşmaq...Ancaq sakitlik, kimsəsizlik istəyirəm sanki.Gecələr ümumiyyətlə yuxu yoxdu, halbuki bu qədər yoruluram.Yuxusuzluq da tamam yıxır, əsəblərimi gərginləşdirir.Bir azca gözümü yuman kimi də saat tamam olur,işə qaçmalı oluram.Burda da son günlər belə.Heç zamanım necə keçir, günüm necə olur bilmirəm.Tək anladığım tükəndiyimdi, hər keçən gün ruhumun şam kimi əriyib,yox oluşunu seyr edirəm..Ən əsası da bilirsən nədi?

-Nə?

-Bütün bu qırıqlardan dolayı içimdəki sevgi, mərhəmət hissinin hər keçən gün bir az daha azalması..

-Asi, sən də fərqindəsən ki, bu qədər qarışıq olmaq heç bir işinə yaramır. Səni əsl içdən-içə əridənin nə olduğunun sən də ən az mənim qədər fərqindəsən. At bunları, birinci o beynini ondan təmizlə, sil at.7-ci il olacaq artıq, anlayırsan. Bəs sən...

-Vəfa, dedim axı qoy sözümü danışım.Ya dinlə ya da gedirəm. Bir də üzümü Allah bilir nə vaxt görəcəksən.

-Yaxşı, susdum.

-Hə, onu deyirdim. Hazırda ruhum da beynim də elə doludu ki, heçnə düşünməmək, düşünə bilməmək, bir boşluğa düşmək istəyirəm. Hansıki insanlar elə o boşluqlardan çıxmaq istəyir. Saatlarla gözüm zülmətə zillənir, boş nöqtədə də qalmır ha, eləcə gəzir. Heç dincələ bilmirəm, ağrılar da hər keçən gün artır. Həqiqətən də hazırda nə yaşadığımı çözə bilmirəm. Əslində çözərdim bəlkə də, amma, sağlam düşünə bilmirəm. Beynimin o funksiyaları donub sanki, ancaq anlaşılmayan qarışıqlıqlar, bilinməyən tufanlardan ibarətdi içi...Sanki, oturub, məni burdan çıxaracaq bir “qəhrəman” gözləyirəm. İşdəki ssenarilər xaric, axır vaxtlar yazmağı da atmışam. Qorxuram! Beynimdən, fikirlərimdən qorxuram, düşünə bilirsən?!

-Sən həqiqətən yaxşı deyilsən..

-Hə, bir də içimdə mənə tanış olmayan nifrət və qəddarlıq baş qaldırıb.Elə ən böyüyü özümə qarşı... Ona görə də son günlər nəinki xoş söz demək, normal iki kəlməni ard-arda qurub, danışa bilmirəm. Daha da hərdəmxəyal olmuşam.

-Nə deyim vallah, Asi, nə desəm təkzib edəcəksən.Özün də bilirsən sənə nə lazımdı, məndən də yaxşı bilirsən. Yaxşı, nəysə, bu barədə susum. Mən sənə zəng vuranda müsahibədəyəm dedin. Necə keçdi, bu dəfə nə müsahibəsi idi?

-Hə, ümumi müsahibələrdən fərqli oldu bir az, şəxsi suallar da ünvanlandı.

-Sən ki onsuz da elə sualları cavablandırmırsan. Artıq bir çox saytlar da bunu bilir.

-Düzdü, cavablamıram. Ancaq son vaxtlar belə sualların sayı nədənsə çox artıb.Cavab vermirəm deyə daha da maraq dairəsinə çevrilir.

-Elədi də, yaxşı nə suallar verildi?

-Belə çox şeylərin üstündən səthi keçməyə çalışdım. Sənə qısa xülasə keçim.

-“Asi xanım, son dönəmlər işləriniz həqiqətən könül oxşayır. Ssenarilərinizdə toxunduğunuz incə məqamlar olur ki hər gün rastlaşdığımız, yaşadığımız çox anları, hisləri dərin ifadə edə bilir. Və bu da diqqət mərkəzi olur.

-Çox sağolun, minnətdaram! Bu sizlərin, izləyici və oxucuların təqdirəlayiq sezgisidir!

-Fəqət, bu qədər diqqət mərkəzində olmanıza rəğmən ünvanlanan suallardan biganə qaldıqlarınız da var. İstər-istəməz insanlara bu “qələm”in həyatı maraqlı gəlir, qınamayın.(xəfif gülüsəmə)

-Bəli, anlayıram. Amma,bu mənim təbirimcə maraqlı deyil.(ironiyalı gülüşlə)

-O zaman icazənizlə bir sual verim sadəcə.

-Buyurun.

-Anladığımız qədərilə ailəli deyilsiniz.

-Xeyr.

-Lakin son zamanlar hesabınızda işlərinizlə bərabər bir körpə ilə də fotolarınızı bölüşmüsünüz. Və ona dair yazdığınız çox içdən sətirlər var, sanki ana balasına yazıb.Daha çox da “Həyatım” deyə olan içdən xitabla.

-(Yumşaq gülüşlə)Bəli, o mənim Həyatımdı. Adı odur, Həyat. Qardaşımın qızıdır, adını mən qoymuşam. Və o ad mənim üçün çox başqadır, çox özəldir..

-Maraqlıdır, niyə məhz Həyat?

-O ad mənim uşaqlığım, yeniyetməliyim, gəncliyim, ilk və dərin sevgim; bir sözlə o ad mənim daxilimdə bir “mən”dir. Bu qisim də aydınlandığına görə məncə yenidən mövzunu işimizə yönəldək.”

Belə, Vəfa.

-Eh, bilirdim elə bir gün o mövzu açılacaq. Həyat kaş belə gətirməyəydi, nə deyim vallah... Qəlbini tamam soyutdun, özün üçün qurduğun xəyalları, etdiyin arzuları, istəkləri başqasında, başqa həyatlarda yaşatdın..Amma, gərək etməzdin, Asi.Öz qızın olacaqdı, ona..

-Vəfa, kiminsə sözünü kəsməyi sevmirəm, bilirsən. Hər dəfə məni buna məcbur etmə!Lap hardasa bir həyatım olacaqsa da, o “Həyat” olmayacaq. Heç vaxt da bunu edə bilmərəm. Bir başqasında onla qurduqlarımı gerçəkləşdirə bilməzdim. Heç olmaya öz doğmamda bunu yaşatdım, gözümdə, ürəyimdə qalmadı.

-Yaxşı, Asi, yaxşı..

-Amma, açıq etiraf edim, bir gün “Həyat”-dan bu şəkildə müsahibə verəcəyimi düşünməzdim...

Vəcihə Ağazadə,
BDU, kimya fakültəsi,
SABAH qrupunun tələbəsi

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar