Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Afət Viləşsoy:"İndi sükut bürümüş o səs-küylü dəhlizi.."

Tarix: 31-03-2020 22:41     Baxış: 3276 A- / A+
Afət Viləşsoy:"İndi sükut bürümüş o səs-küylü dəhlizi.."

"...İndi sükut bürümüş o səs-küylü dəhlizi,
Daha qaraltmır yolu, divarı təpik izi..."


Manevr.az Afət Viləşsoyun yeni şeirini təqdim edir:

İNSAN NECƏ DARIXAR

İnsan necə darıxar
Bir otaqdan ötəri,
Bir otaqda birbəbir insanlardan ötəri.
Düz 13 il hər səhər
"Salam, uşaqlar" deyib
Dərsə başlamaq üçün.
Hər gün çiçək üzlərdə bir də yaşamaq üçün.
İnsan necə darıxar, aman Allah, nə hismiş?
Zəngi gözləmək üçün vurnuxan dəcəl şagird,
Bufeti arzulayan yumruyanaq balaca,
Zəngdə də əl qaldıran o gözləri alaca...
İndi sükut bürümüş o səs-küylü dəhlizi,
Daha qaraltmır yolu, divarı təpik izi.
Daha xadimələrin gəlmir şikayətləri-
yemək yeyib partanın altında gizlədilən
yemək sellofanları..su qabı, daha nələr
Köçürmə vərəqləri, şparqalka kağızı.
Hər tənəffüs üstünə qaçıb qucaq açanlar,
bapbalaca fidanlar.
Hər dərs yenə, bir daha qucaqlayıb öpənlər.
Darıxmaq nə deməkmiş, darıxmaq nə deməkmiş?...

Afət Viləşsoy
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar