Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yaşar Ərçətin:"Bu böyük sevdanı sazı söyləsin, mizrab yarasımı, tel yarasımı?"

Tarix: 19-03-2020 13:51     Baxış: 3118 A- / A+
Yaşar Ərçətin:"Bu böyük sevdanı sazı söyləsin, mizrab yarasımı, tel yarasımı?"

Yaşar Ərçətin 1946- cı ildə Antakyada doğulub. Adanada ibtidai sinif müəllimliyini bitirib. Ədəbiyyatı, sözü, sənəti çox sevir. Bir- birindən mənalı şeirləri dostları tərəfindən dillər əzbəridir.

Manevr.az Nazilə Gültacın çevirməsində Yaşar Ərçətinin bir neçə şeirini təqdim edir:

KÖNÜL YARASI

İkisi bir olmuş yaralı qardaş,
Xəncər yarasımı, dil yarasımı?
Ürəkdə yarası sıralı qardaş,
Tikan yarasımı, gül yarasımı?

Eşq sarmaşığına sarılmısan sən,
Bu qara yazıdan qırılmısan sən,
ən həssas yerindən vurulmusan sən,
Dostun yarasımı, el yarasımı?

Gəl anlat başına, de, nələr gəldi,
Axan göz yaşların çağlayan seldi,
Sevdalı könlünü sularmı dəldi?
Leysan yarasımı, sel yarasımı?

Erçet der, sen sus gözü söylesin,
Ağzı, dili sussun, özü söyləsin,
Bu böyük sevdanı sazı söyləsin,
Mizrab yarasımı, tel yarasımı?

BİLƏ BİLMƏZDİM

Axşamlar gəzirdim yollar boyunca,
Onunla göz- gözə gələ bilməzdim,
Nədir bu üşütmə yay aylarında,
Demə sevda imiş, belə bilməzdim.

Oturub üzümü söykərdim cama*,
Dalardım qüssəyə, kədərə, qəmə,
Yaşadığı evi bilirdim, amma,
Gedib o qapını döyə bilməzdim.

Ona ürəyimi vermək istəsəm,
Yaşıl gözlərinə girmək istəsəm,
On ildə bir dəfə görmək istəsəm,
Bir dəstə gül belə ala bilməzdim.

Ərçətinəm, düşdüm çarəsiz dərdə,
Illərnən aradım onu hər yerdə,
Dəliqanlılıq varkən bu beyində,
Göz yaşım axsa da silə bilməzdim..

BIR GÜN

Əlbəttə inciyib küsə bilərsən,
Yandırma olanı, anarsan bir gün,
Bir fırtına olub, əsə bilərsən,
Səhər yeli kimi dinərsən bir gün.

Öz xeyirin üçün dostundan keçmə,
Gizli sirlərini ortaya tökmə,
Alıcı quş kimi yüksəkdən uçma,
Enib də budağa qonarsan bir gün.

Göyqurşağı kimi çox rəngli yaşa,
Dilərəm dəyməsin dırnağın daşa,
Bir saniyən belə keçməsin boşa,
İtirilən zamana yanarsan bir gün.

Ürəyindən duman çəkilər əlbət,
Bu təzə ayların bitəcək əlbət,
Bir sevda tikanı batacaq əlbət,
Eşq yarası kimi qanarsan bir gün.

Yaşamadığın zamana dalıb,
Payız yarpağı tək saralıb, solub,
Soyuq bir qış günü çovğunda qalıb,
Su damlası kimi donarsan bir gün.

Zaman bir quş kimi ovcundan uçar,
Fərqində olmadan fürsətlər qaçar,
Ərçətin, bu ömür bir anda keçər,
Çox qısa bir röya sanarsan bir gün.

Yaşar Ərçətin
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar