Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Harayım ərşə ucalıb, ulayan Bozqurdam, bəlkə... (ŞEİRLƏR)

Tarix: 19-03-2020 20:47     Baxış: 41 044 A- / A+
Harayım ərşə ucalıb, ulayan Bozqurdam, bəlkə... (ŞEİRLƏR)
Gülnarə ACALOVA

Hörmətli Namiq müəllim! Mart ayının əvvəllərində Bakıda olarkən illərdən bəri paytaxtda fəaliyyət göstərən sazlı-sözlü “Dirili Qurbani” Məclisinin növbəti yaradıcılıq günündə tanıyıb-tanımadığım həmkarlarımla da görüşdüm.
Məclisə mənim kimi ilk dəfə qonaq qismində qatılan və şeirləri ilə hamıya unudulmaz anlar bəxş edənlərdən biri də Gülnarə Acalova oldu. Öyrəndim ki, Gülnarə xanım qədim oğuz elimiz Borçalı mahalındandır. İllər öncəsi Tiflisdəki Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Elə o vaxtlardan da ailəsi ilə bərabər Rusiyanın Belqorad şəhərində yaşayır. İki ali təhsilli oğul anası olan şairə ilk gənclik illərindən şeir yazır. İndiyə kimi bir kitabı nəşr olunub. O, qürbət eldə xalqımızın haqq işinə dəstək verən və mili adət-ənənələrimizə sadiq olan fəal ziyalı qadındır. Kiçik oğlu hal-hazırda Bakıda ali təhsilini magistr pilləsində davam etdirir. Gülnarə xanım qürbətdə yaşasa da, həmişə qəlbi Vətən eşqiylə döyünən təəsübkeş soydaşlarımızdan biridir. İstərdim ki, Sizə ünvanladığım şeirlərini oxuculara təqdim etməklə, ona yaradıcılıq yollarında bir daha uğurlar arzulayaq. Fürsətdən yararlanıb, Sizi və “Manevr.az”ın əməkdaşlarını Novruz Bayramı münasibəti ilə təbrik edir, hamınıza cansağlığı, könül xoşluğu arzulayıram!

Hörmət və ehtiramla: İsmayıl İmanzadə, AYB Mingəçevir bölməsinin sədri

SORUŞMA MƏNDƏN HALIMI

Soruşma məndən halımı,
Kül içndə köz kimiyəm.
Zülmət yollara dikilən
Bir cüt nəmli göz kimiyəm.

Dilimin ucunda qalan
Deyilməmiş sözəm indi.
Dərd üstümə ayaq açıb,
Taqətim yox dözəm indi...

Soruşma məndən halımı,
Ötüb keçən yaz kimiyəm.
Özü-özünü ağlayan,
Qəmli bir avaz kimiyəm.

İllər boyu viran qalıb
Nalə çəkən yurdam, bəlkə?
Harayım ərşə ucalıb,
Ulayan Bozqurdam, bəlkə?

Soruşma məndən halımı,
Özümdən qaçıram daha.
Bilmirəm bu necə işdir,
Ümidim yoxdur sabaha…

Almaz gözlü xəncər idim,
İndi küt bıçaq kimiyəm.
Alovuna su çilənmiş,
Tüstülü ocaq kimiyəm.

Soruşma məndən halımı,
Demə ki, niyə beləyəm?
Səndən əlləri üzülən
Umu-küsüyəm, gileyəm.

Niyə dalınca boylanım,
Qismət beləymiş, deməli.
İstəyirəm görməyəsən
Arxanca uzanan əli.

KÜLƏK DİLƏ GƏLDİ…

Küləyə yalvarıb dedim ki, dayan,
Bir neçə sözüm var sənə deyəsi.
Zamana “dur” - desəm ayaq saxlayar,
De, sənə çatmırmı harayım-səsim?

Külək dilə gəldi: - Dayansam bir an,
Mən Külək olmaram, inamın sınar.
Səninsə kölgəni üzündən qovan,
Bircə əsim mehə ehtiyacın var…

XƏBƏRDƏN XƏBƏRİN VARMI

Xəbərdən xəbərin varmı,
Səsin ücün darıxmışam.
Ruhun qəlbimdən su içir,
Dəhnədən axan arxmışam...

Göydə küskün-küskün “üzən”
Kövrək qara buludmuşam.
Deyəsən səni tapandan,
Mən ozümu unutmuşam.

Xəbərdən xəbərin varmı,
Yatmiş könlümü oyatdım.
Səni bir də görüm deyə
De, bəlkə günaha batdım?

Qismətə bax... darıxmışam
Axı, səndən niyə danım?
İncimişəm taleyimdən,
Mən ona necə inanım?

Xəbərdən xəbərin varmı,
Məimcün yad olan doğmam!
Dərdimə carə tapmayan,
Zəyif ruhlu, aciz loğman!

İstəmirəm verdiyini,
Haram tikə mənlik deyil.
Sevdam ucün əl açmaram,
Nə də demərəm ki, əyil.

Təkcə səsin gərəyimdir,
Avazınçün darıxmışam.
İcində bahar yasadan,
Çölu buz bağlayan qışam.

Telefonuma zəng gəldi,
"Alo"-dedin, donub qaldım.
Səsinin hökmünə bir bax,
Yerdən göylərə ucaldım...

Səsin ücün darıxmışam,
Sözün ücün darıxmışam.
Yollarımda izi qalan,
Gözün ücün darıxmışam .

Çıx get... səni qorxudubsa
Ürəyimdə yanan ocaq.
O, hec kimi nə isidib,
Nə də ki, yandırmayacaq…

Artıq xeyli zamandı ki,
Taleyimlə barışmışam.
Sözlərim səni üzməsin,
Tənhalığa alışmışam.

Bu gün sadəcə istədim,
Xəbərdən xəbərin olsun.
Qəlbimdən keçəni dedim,
Bu “sirr” aramizda qalsin…

Nə azardı, hec bilmirəm,
Bu yasımda yoluxmuşam.
Hec nə... adi səsin ücün,
Gor, necə bərk darıxmışam...

DEDİN…

Dedim: - Nəyimi sevdin?
Ömür yarı olubdu.
Sənin tanıdığın qız
Tənhalıqdan solubdu.
Rəngim avazıyıbdı,
Saçlarıma düşüb dən.
Gözəllikmi gəzirsən,
Söylə, solmuş çiçəkdən?!
Dedin: - Bilmirsən məgər,
Qəlbini sevmişəm mən?
Qoca qarı da olsan,
Çıxmazsan ürəyimdən.

İSTƏRƏM

Ağlatma məni, Tanrım, ürəkdən gülmək istərəm,
Təbəssümlü simamda, ruhu rahat ölmək istərəm .

Deyirlər yaş yaraşır “kədər yurdu” gözlərimə,
Bəlkə gülüş yaraşar, bəxş elə, görmək istərəm...

Nə qədər sızlayacaq pərən-pərən olmuş bağrım,
Gözlərimdən nəmi, qəlbdən qəmi silmək istərəm.

Verdiyin ömrümü al, sevincə həsrət edincə,
Bu işıqlı dünyadan mən də kam almaq istərəm.

Nar Çiçəyiyəm, Allahım, təkcə sənədir gümanım,
Mələktək xəlq etmisən, elə də qalmaq istərəm.

Gülnarə Acalova

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar