Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Elman Tovuz: "Bəlkə də ən dərin yaranam, Tanrım..."

Tarix: 16-03-2020 13:36     Baxış: 2414 A- / A+
Elman Tovuz: "Bəlkə də ən dərin yaranam, Tanrım..."

Boynumdan asılan Quranam, Tanrım,
Dilimdən düşməyən “Turan”am, Tanrım.
Bəlkə də ən dərin yaranam, Tanrım, -
Mən özüm özümə dar ağacıyam.


Manevr.az Elman Tovuzun şeirlərini təqdim edir:

Dar ağacıyam

Özgə dar ağacı nəyimə gərək,
Mən özüm özümə dar ağacıyam.
Əlim göyə çatmır, ayağım yerə,
Mən özüm özümə dar ağaəcıyam.

Başımın üstündən göy uçanacan,
Ayağım altından yer qaçanacan -
Asılıb qalacam eyyy... Haçanacan...
Mən özüm özümə dar ağacıyam

Alnımdan asılan alın yazımdı,
Sinəmə sıxılan dərdli sazımdı.
İçimə qısılan öz avazımdı...
Mən özüm özümə dar ağacıyam.

Yer verib, yuvası basılan da mən,
Qılıncı qınında paslanan da mən.
Asan da özüməm, asılan da mən –
Mən özüm özümə dar ağacıyam.

Arazam – gözümdən axıb tökülən,
Təbrizəm – dilindən dara çəkilən,
Göyçəyəm – gözləri mənə dikilən...
Mən özüm özümə dar ağacıyam.

Özbəyəm, qırğızam...
Hər türk mənəmsə,
Başı kötük üstə kərkük mənəmsə,
Ruhundan asılan bu YÜK mənəmsə,
Mən özüm özümə dar ağacıyam.

Boynumdan asılan Quranam, Tanrım,
Dilimdən düşməyən “Turan”am, Tanrım.
Bəlkə də ən dərin yaranam, Tanrım, -
Mən özüm özümə dar ağacıyam.

***
(Ramiz Rövşənə)

“Bu sulara kim daş atdı?”,
Sular əzildi daş altda...
Daşı qoydular baş altda,
Durulmur suyum, durulmur...

Yerim göydən yuxarıdı,
Göyüm yerin axarıdı...
Buludu qan buxarıdı, -
Durulmur göyüm, durulmur...

Quzeyimdə qarım qalın,
Güneyimdə canım qalıb.
Bu geyimdə yarım qalıb,
Durulmur boyum, durulmur...

Bir kef deyir, dur, evə çıx,
Evdən yaraqlan ova çıx...
“ev”– ə ,“ov”– a bu yol açıq,
Durulmur soyum, durulmur...

Elman Tovuz
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar