Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Sakit yatmış bir gecədə, bir küçə ağlayırdı için-için - ŞEİRLƏR

Tarix: 10-03-2020 20:10     Baxış: 2253 A- / A+
Sakit yatmış bir gecədə, bir küçə ağlayırdı için-için - ŞEİRLƏR


"...İtir ömrümüzün
gələn çağında,
axtar xatirələr
köçündə məni..."


Manevr.az Aygün Yavərin şeirlərini təqdim edir:

***

Qoy bu bahar başqa bir bahar olsun.
Çiçəklər də, daha fərqli açılsın.
Göyqurşağı toprağa dək əyilsin,
bizi alıb göy üzünə çəkilsin.
Qoy bu bahar başqasından seçilsin.
Bir ev tikək bu sevginin özündən,
eyvanına sarmaşıqlar sarılsın.
Gün batımı kədər verir demişdin,
pəncərəsi gündoğana açılsın.

***

Sən nə həqiqətsən,
nə də ki, yalan.
Necə ki görünüb
yox olar duman.
Səni xatırlamaq,
sənə qayıtmaq
təkrar dönə-dönə
oxunan roman.

***

Gündüzün gözləriylə
gör məni.
Gecənin qulaqlarıyla eşit.
Cansız bir bədən ver toprağa,
canlı bir çiçək, çobanyastığı
dər məni.
Yol tök ləçəyin bir-bir,
sevir, ya sevmir pıçıldayaraq.
Süz dəniz dibinə
yumşaq qətran tək,
çıxart daşlaşan bir
kəhrəba kimi.
Yatırt bu hay-küylü
oyaq dünyada,
oyat yatan eşqin
gözündə məni.
İtir ömrümüzün
gələn çağında,
axtar xatirələr
köçündə məni.

***

Sakit yatmış bir gecədə,
bir küçə ağlayırdı
için-için.
Xatirələrlə silirdi
fənər gözlərinin,
tozlanmış şüşələrini.
Bir küçə üşüyürdü
sənsizliyin kölkəsində,
isitmirdi ürəyini
bacaların qıvrım qalxan
tüstüsü də.
Bir küçə ağlayırdı,
çınqıl dizlərinə
döyə-döyə.
Yedirtmişdi xoşbəxt,
bəyaz göyərçinlərini
dam üstündə gəzən
uğursuz qara kediyə.
Bir küçə ağlayırdı
sakit yatmış bir gecədə.

Aygün Yavər

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar