Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

“...Şeytanın gizləndiyi detal”ı ortaya qoyan Mətləb Ağa...

Tarix: 06-03-2020 23:30     Baxış: 2799 A- / A+
“...Şeytanın gizləndiyi detal”ı ortaya qoyan Mətləb Ağa...


Öncə ondan başlayaq ki, Mətləb Ağa imzası oxuculara çox yaxşı tanışdı, doxsanıncı illər ədəbiyyata gəlmiş imzalar içində çox tez parlayan, təsdiqini o qədər də gözləmək məcburiyyətində qalmayan, öz orijinal şeir üslubu ilə oxucunu da, o dövrün ədəbi mühitini də çox asanlıqla ələ ala bilən bir imza.

Elə o vaxt da, sonralar da, Mətləb Ağa haqqında yazılan sözlər özünü doğrultdu, şair öz yazı tərzinə sadiq qaldı, bənzərsiz dəsti-xəttini qoruyub saxlaya bildi.

Mətləb Ağanın dövri mətbuatda çap elətdirdiyi, 2018-ci ildə nəşr edilmiş, Onun bədii-fəlsəfi essələrinin toplandığı “Gələcək haqqında xatirələr” adlı kitabına ön sözün müəllifiyəm.

Həmin kitab:

“Bizim yaradılışımızın mənası nədir? sualına cavab (və ya cavablar) axtarışındaydı…

Niyə məhz biz bu məkan və bu zamandayıq, bunun bü cür olmasının hər hansı səbəbi, mənası varmı?

Müəyyən yaş həddinə çatmış, ətrafda baş verənləri dərk etmə qabiliyyətinə malik hər insan bu sualı yəqin ki, özünə dönə-dönə verib. Gec-tezliyindən, artıq hər şeyin keçmişdə qalıb-qalmamasından, nəyisə, nələrisə dəyişmək iqtidarında olub-olmamasından asılı olmayaraq”.

Müəllif bu tip bəşəri suallara öz cavabını verməmişdən qabaq oxucunun gözü qarşısında çox kitablar vərəqləmiş, çox əsərlər sadalamışdı, Tolstoydan Freydə, qədim yunan əfsanələrindən İsa Məsihə qədər…

“...Şeytanın gizləndiyi detal”ı ortaya qoyan Mətləb Ağa...

Kitabda hər yazıda müxtəlif müəlliflərdən, əsərlərdən söz açılır, yəni onun qəhrəmanları əslində müəlliflər və obrazlardı, buna görə də, maraqlı mənzərə yaranır; essenin müəllifi haqqında danışdığı əsərin müəllifiylə oxucu arasında sanki körpü rolunu oynayır, haqqında söz açılan əsərdə “şeytanın gizləndiyi detal”ı ortaya qoyan Mətləb Ağa gah oxucu, gah müəllif kimi çıxış edir, gah oxucuya, gah haqqında söz açdığı yazıçıya “kömək edir”, bəzən isə oxucudan çox özü ilə söhbət eləmiş kimi görünürdü:

“Dümanın fikrinə mənim əlavəm ondan ibarətdir ki, yalnız şə­hərlər yox, bizim qeyri-insaniliyimiz, mənəm-mənəmliyimiz, yer­siz iddialarımız, tamahlarımız da Əl-Mokraninin ipindən daha möhkəm deyil, zamanın axını bizi göz yumub açınca heç nə­yə, sonsuzluğa çevirib üstümüzdən əzəmətli bir sükütla addımlayıb keçir.

Ancaq sonralar, çox sonralar belə haqqımızda nələrisə xatırlayırlar…”

Mətləbin seçdiyi müəlliflər, əsərlər və obrazlar bir-birinə uzaq olduğu qədər həm də yaxındı. Çünki həyat fəlsəfəsinin açarı əslində bir neçə süjet xəttində, bir neçə ideyada gizlənib və onu açmağa çalışan müəlliflər, janrlar nə qədər fərqli olsalar da, bir o qədər oxşardılar.

“Qapını açdım və artırmaya çıxdım. Orada yad bir pişik oturmuşdu… Deyəsən, məndən heç qorxmurdu. Mırıl­da­ya­raq mənə yaxınlaşdı və özünü ayaqlarıma sürtdü. Mən yaxşı adam idim. Görünür, o da bunu bilirdi. Heyvanlar belə şeyləri asanlıqla hiss edə bilirlər”.

Və yaxud da:

“Yeri gəlmişkən, həyatın istehzasına baxın ki, “kim hə­ya­tını intiharla bitirirsə, müqəddəslikdən uzaqdır” söyləmiş Kava­bata, 72 yaşında özünü öldürür və deməli, ömrü boyu uğ­run­da mücadilə etdiyi müqəd­dəs­liyin də “açarını” itirmiş olur…”

…Ona görə də, qeyd etməliyəm ki, Mətləb Ağanın yazıları insan ruhunun-sevginin, sədaqətin, azadlığın, özünü tanımaq cəhdinin, keçmişə bağlılığın, tanrıya sevginin, ədalətin, vicdanın və daha nələrin sözlə şəklinin çəkilməsidir.

Həyatın dərkinə sarı atılmış daha bir addım, bir roman yükündə olan daha bir anlama cəhdidir ki, əslində, əsl ədəbiyyatın yeganə missiyası da elə budur…

Və son olaraq deyim ki, Mətləb Ağanın istər şeir, istər nəsr yaradıcılığı bir daha onun sübutudur ki, əsl istedadların, Ədəbiyyatımızdakı əsl qələm, əsl imza sahiblərinin yeri tamamilə bambaşqadır, onların Sözü, Yaradanın ismarışı kimi həqiqidir, uzaqdan, çox-çox uzaqdan ədəbiyyat adına olan cızma-qaralardan seçilir.

Sözün əsl elçiləri məhz bu yaradıcılığın sahibləri, bu yolun yolçularıdır ki, bizə ancaq onlara uğur arzulamaq qalır…

Nizami CƏFƏROV
akademik, Milli Məclisin deputatı,
əməkdar elm xadimi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar