Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məşhur yazıçının yeni əsəri üzə çıxıb

Tarix: 22-01-2020 08:37     Baxış: 4188 A- / A+
Məşhur yazıçının yeni əsəri üzə çıxıb


Məşhur fransız yazıçısı Viktor Hüqonun yazdığı şeir Fransanın şərqində, onun adını daşıyan kollecdə təsadüfən aşkar edilib.

Manevr.az bildirir ki, kollecin işçiləri arxiv sənədləri və mühasibat hesabları saxlanılan dolabların birində Viktor Hüqo tərəfindən imzalanmış "hər kəsin unutduğu" nadir bir əlyazmaya rast gəliblər. Hadisə, yeni il ərəfəsində ümumi təmizləmə işləri aparılan zaman baş verib.

Əlyazmanın təxminən 150 yaşı olsa da çox yaxşı vəziyyətdə qaldığı bildirilir. Hazırda aşkar edilən raritet şüşə altına qoyularaq tədris mərkəzinin direktor otağının divarlarından birini bəzəyir.

Tapılan əlyazmadakı qısa şeir "Kasıb uşaqlar" adlanır. Kollec bu əlyazmanı 1951-ci ildə əldə edib.

Məlumata görə, müəllif doğma şəhəri olan Bezansonda bu əlyazmanı kasıb uşaqlara yardım məqsədi ilə keçirilən lotereyaya hədiyyə edib. Naməlum bukinist həmin əlyazmanı lotereyanın qalibinin oğlundan satın alıb və 1951-ci ildə Viktor Hüqonun adını daşıyan kollecə 6 min franka satıb.

Əlyazmadakı şeir 1837-ci ildə dərc edilmiş "Daxili səslər" yığmasından olan "Dieu est toujours là" (Tanrı hər zaman burdadır) əsərinin bir hissəsidir.

Bezansondakı kollec, Fransada Viktor Hüqonun adını daşıyan ilk təhsil müəssisəsidir. Onun adı kollecə 1885-ci ildə yazıçının dəfnindən bir gün sonra verilib./trend/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar