Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Səməd Vurğunun 7-ci sinif şagirdinə yazdığı sevgi məktubu - MƏTN

Tarix: 06-11-2019 13:06     Baxış: 4338 A- / A+
Səməd Vurğunun 7-ci sinif şagirdinə yazdığı sevgi məktubu - MƏTN


Səməd Vurğun öz həyat yoldaşı Xavər xanımı ilk görəndə qız 7-ci sinifdə oxuyurdu. Elə o vaxtlar şair Xavər xanıma bir məktub yazmışdı və bir müddət sonra ailə qurmuşdular. Məktubun mətni Dilbər Axundzadənin "Müşfiqli günlər” kitabına daxil edilib.

Manevr.az kulis.az-a istinadən həmin məktubu və onun yazılma şəraiti ilə bağlı xatirəni təqdim edir.

"Xavər xanım Səmədlə ilk tanışlığını belə xatırlayır:

"Hümmət Əlizadənin toyuydu. Abdulla Şaiqgildə anam mənə dedi, gəl gedək! Mən 7-ci sinifdə oxuyurdum. Elə məktəbli pal-paltarında anamla getdim. Bacılıqlarımla dəstə tutub toya tamaşa eləyirdim. Bu vaxt iki oğlan gəldi. Dedilər, bəs biri Səməd Vurğundu, biri də Mikayıl Müşfiq. Mikayıl Müşfiq bir-iki dəfə məktəbimizə gəlmişdi. Amma Səməd Vurğunu heç görməmişdim. Şeirlərini oxumuşdum. Nə biləydim toy-toya qarışacaq. Bir neçə gündən sonra Səməddən məktub aldım. O yazırdı:

Səməd Vurğunun 7-ci sinif şagirdinə yazdığı sevgi məktubu - MƏTN


"Hörmətli Xavər!

Mən öz taleyimi və gənc həyatımı sizə tapşırmışam. Mən öz fikrimin üzərində həmişə möhkəm olub, sizin xoşbəxt olmağınız uğrunda əlimdən gələn bütün hörmətləri əsirgəmərəm. Siz öz qəti fikrinizi axşam Əfşana söyləyərsiniz. Yaxın günlərdə işin rəsmi tərəfini başlamaq lazımdır. Ümidvaram ki, biz bir-birimizi xoşbəxt edib sevinərik.

Səməd Vurğunun 7-ci sinif şagirdinə yazdığı sevgi məktubu - MƏTN


11.XII.32 S.Vurğun”

Sonra elçi gəldi. Razılıq alındı. Nişan taxıldı. Toy məclisi hazırlandı. Başımın qız dəstəsiylə bəzənib-düzənməkdə, çalıb-oxumaqdaydım. Sazlı-sözlü yığışıb toy evinə getdik. Çatan kimi Müşfiq ayağa durdu. Birbaşa bu şeiri dedi:


Gecəyə Aydımı, bəy gəlib çıxdı,
Günəşmi, yanında gəlinə bir bax?!
Taledəndimi bu, qənirsizdilər,
Çəmənmi, əlində gülünə bir bax?!

Bu el, bu obanın əziz Xavəri,
Olmaz mələklər də tay-bərabəri;
Çağırın, kimlərin yoxdu xəbəri,
Səmədə saldığı meylinə bir bax!

Şairlər yığnağı qan qardaşıdı,
Səməd bəy bu gülün sarmaşığıdı.
Xavər məclislərin yaraşığıdı,
Sünbülmü, süsənmi, telinə bir bax?!

Plov gəldi, Müşfiq, təbini dayandı
Boşqablar səsləndi, məclis oyandı.
Alın çəngəlləri, o yan-bu yandı!
Boşqabın içinə, çölünə bir bax!


Hamı yer-yerdən gülüşdülər. Əl çaldılar. Keçib başa əyləşdik. Çəmənzəminli idi, Cavid əfəndi idi, Abdulla Şaiq idi, Sabit Rəhman, Səmədin tay-tuşlarıydı oturmuşdular. Gurultulu alqışlar qopdu. Məclisdə hamı dönüb Səmədin üzünə baxdı. Səmədin şeir deməsini gözləyirdilər. Səməd ayağa durub şeir oxudu”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar