Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycan qadın şairlərinin poeziya antalogiyası” kitabı nəşr olundu - Almaniyada

Tarix: 25-09-2019 16:39     Baxış: 2138 A- / A+
“Azərbaycan qadın şairlərinin poeziya antalogiyası” kitabı nəşr olundu


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni layihəsi işıq izi görüb.

Manevr.az-ın verdiyi xəbərə görə, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Azərbaycan qadın şairlərinin poeziya antalogiyası” kitabı Almaniyada nəşr olunub. Antalogiyaya 800 il ərzində Azərbaycanın müxtəlif şəhərlərində yaşayıb yaratmış görkəmli qadın şairlərimizin əsərlərindən seçmələr toplanıb. Kitaba daxil olan şeirlər Azərbaycan tarixinin önəmli bir hissəsini: 1200-1991 illəri əhatə edir və əsərlərdə lirik duyğu və düşüncələrlə yanaşı, vətən həsrəti, eləcə də vətən sevgisi, el-obadan uzaq düşməyin iztirabı zərif poetik dildə təzahür edilib.

Antalogiyada Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan, Ağabəyim ağa, Ümmügülsüm, Mirvarid Dilbazi, Nigar Rəfibəyli və Azərbaycan ədəbiyyatında mühüm yer tutmuş digər qadın şairlərimizin şeirləri ilə yanaşı, şairələrin həyat və yaradıcılıqları haqqında məlumatlara da yer verilib. Nəşr, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın “Mənəvi Ucalıq” ön sözü ilə açılır. Kitab Almaniyada fəaliyyət göstərən Asiya Akademiyası ilə işbirliyi çərçivəsində K. Kil tərəfindən alman dilinə tərcümə edilib və Orxan Arasın redaktorluğu ilə işıq üzü görüb.

Beynəlxalq Türk Mədəniyyət və İrsi Fondu türkdilli xalqların zəngin mədəni irsinin dünyada nümayişi və təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir.

Qeyd olunmalıdır ki, “Azərbaycan qadın şairlərinin poeziya antalogiyası”, Fondun layihəsi olaraq artıq italyan dilində nəşr edilib və keçən ilin dekabr ayında ölkənin Parlamentində - Senatda kitabın təqdimatı keçirilib. Antalogiyanın digər dillərdə də çapı nəzərdə tutulub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar