Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tural Turan: "Ədəbi mühit bədəvi mühitə döndü."

Tarix: 19-09-2019 20:11     Baxış: 4221 A- / A+
Tural Turan: "Ədəbi mühit bədəvi mühitə döndü."


Süz, Temir qağa, "(b)ədəvi mühit"in sağlığına...

Bir vaxt “altmışıncılar”, “yetmişincilər” nəsli var idi. Sonra ədəbiyyata yeni gələnlər onilliklərə müvafiq olaraq yeni onluqlar adı altında yazıb-yaratmağa başladılar. “Səksənincilər”, “doxsanıncılar” adı ilə möhürlənib tarixin bir köşəsinə atıldılar. İllər beləcə ötüşdü. Araya erməni-türk davası düşdü.

Bazar iqtisadiyyatı sözümüzə əvvəl azar, sonra da bazar gətirdi. Hər kəs tirələrə bölünüb özünün “bacoğlu”, “qardaşoğlu” dərnəyini, dəstəsini, buğarsağını yaratdı. Ədəbi mühit bədəvi mühitə döndü.

Akademik danışdımsa, üzrlü say Temir əmi. Ağzımdan çıxan sözlərə kal-kal baxıb o döydüyün gözünə mənim bu qartaldimdik burnum qurban. Keçirəm sənin dilinə.

Amanı qırılmış şairlər çayxanalarda bir qonaqlığa söz qoşdu, Temir əmi. Saf adamlarsa qollu-budaqlı gəldilər həmin kafelərə, çayxanalara. Budaqlarını kəsdilər, yontaladılar. Şikəst elədilər. Sözümüz yolsuzluq dövrünə qədəm qoydu. Başını salamat saxlamaq istəyənlər “həşgdən-hüşgdən” yazmağa başladı. Vətən şeirləri heca sərhədlərində didildi, topal Temir. Sevgi şeirlərini “ay işığında” sərbəst vəzində soyundurdular. Abırlı və türfə gözəllər, özünü tərki-dünya edib Bakı kəndlərində qəzəllərin asdı. Daha doğrusu, keçmiş zamanın davamedici formasından iplənmiş qaldı.

Belə -belə “2010-cular” nəsli gəldi ədəbiyyata. Kimlər var idi deməyin, “ölüblər” amma nəfəsləri gəlir. “Torpilliləri” kürsülərdədir, ayağı yorğanından bayıra çıxan torpilsiz gözəlləri isə kürsəkdə...

Bəziləri araq şüşələri ilə tanqo oynamaqdadı, bəziləri də çapba stəkanlarla “kəllə-paça” döyüşdürür.

Bir də kimsəsizləri vardı bu ədəbiyyatın. Birinin pulu yoxdur, kitab çap etdirə bilmir. Təqaüdü verilmir. Üzərindən “odnarazvı” adamlara prezident təqaüdü kəsildi, mənim kimsəsiz kimsələrimin isə ümidi. Biri ailəsinə görə qorxub susdu.

Biri abırına qısıldı. Hələ buyuruqlu kişilərin saflığından istifadə edib işlətdiyi adamları demirəm. “Toyunda” –deyib “50 manat”la papaq fırlayanları gördük. Bəziləri xəyallarının dalınca düşdü, arzusuna sünnət etdirənləri kirvə tutduranlar da oldu hətta. Bədəvi mühit, badə-badə ərəbləşdi, qağa.

Bəziləri də kağız qələmlə sağollaşıb kartof-soğan satmağı düşünür. Beş-altı evi olanlar ev aldılar gənclərin mürəkkəbi üzərindən. Evsiz yazarları evlənə bilmədi bu məmləkətin.

Sözümün canı nədir? Sözümün canı odur ki, ədəbiyyatımızın "2010-cular" nəsli öldü, əkəm. Özü də qısır öldülər. Yəni, “2030-cular”, “2040-cılar” da doğulmayacaq. Bəzi ədəbiyyat diktatorları onlara da “quş” qoydular.

Təssüf ki, bu yazını facebookda oxuyan dostlarım bəyənməyə qorxacaqlar. Çünki kişiliklərini itiriblər, yuxarıda dedim axı, çoxları axtalanıb. Nə fərqi var, ya özləri özlərini, ya da başqaları...

Manqurt ədəbi gənclik yaxşı ki, tez öldü, Temir əmi. Ayə, ordan araq süz, gəlirəm eyyy. Temir əmi, sözümüz daha əmmir Temir əmi, soğulub eyy. Məmələrinin giləsinə qığ sürtüblər, yelinsoy olub. Daha ağlaya-ağlaya yaza bilmirəm, zalım oğlu. Məni də yoluxdurublar. Ölməmək üçün intihar etməyi düşündüm birdəfəlik – “piştaxta dalında intihar” – Bir vaxt mövzu axtaran gəlsə, məni danışarsan, işləyər.

Temir əmi, atamdan da danışarsan, deyərsən ki, haqsızlığa dözməyib qoyun-quzu otaran ilk diplomlu çobanın ona "qujax-qujax" salamı var.

Sözün kişiliyi itəndə çətin olur, atam balası. Kişiliyini itirməmiş, sadəcə şirin təbəssümlərə uyub əli əlindən çıxan dost itkisi ağır deyil, sadəcə xəfif-xəfif, üşüdə-üşüdə, ifcin-ifcin ağrıdır, a ciyəri partlamış...

Bəzilərini uçurumdan çəkməyə çalışdım. Alınmadı. Uyub gedir şirin sözünə qurban olduğum(un).Bəzilərini hələ lap cavanlıqdan, üzümün yenicə bozaran vaxtlarından düzgün yola çəkmək istədim, alınmadı.

...Ordan bir avazlat, a göyçək Fatmanın oğlu, oxu bir iki ağız. Ustufcana oxu:

- Ömrümün giləsini əmən qız,

Kişi südü dadlıdımı?

Ömrü əmilən mənəm, qız...

Temir əmi, ayə, ağlama a qıvlasız. Qurbanlıq adamlar ağlamaz, süz... Onnansa, süz, gillədək. Ölən "ədəbi nəsil"ilimizin sağlığına...

Tural Turan

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar