Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Oyunskinin Bakıda çıxan kitabı Yakutskda təqdim olundu - ŞƏKİLLƏR

Tarix: 30-06-2019 15:25     Baxış: 3260 A- / A+
Oyunskinin Bakıda çıxan kitabı Yakutskda təqdim olundu - ŞƏKİLLƏR


Saxa (Yakutiya) Respublikası Yazıçıalr Birliyinin dəvəti ilə uzaqdakı qardaş ölkədə səfərdə olan Azərbaycan yazarları – Əkbər Qoşalı və Aida Eyvazlı Göytürkün görüşləri davam edir.

Saxa Yakutlarının ustad şairi və dramaturqu Platon Oyunskinin Azərbaycan dilinə çevrilmiş “Qırmızı şaman” kitabı bu qardaş ölkədə böyük hadisəyə səbəb olub. (Əkbər Qoşalının layihə rəhbəri və baş redaktoru, Aida Eyvazlının tərcüməçisi olduğu “Qırmızı şaman” repressiya qurbanı olmuş Oyunskinin Rusiya Federasiyasından qıraqdakı türk ölkə və topluluqlarında çıxmış ilk kitabı sayılır.)

Manevr.az-ın xəbərinə görə, P.Oyunski adına Ədəbiyyat Muzeyində ölkənin xalq şairləri, tanınmış aydınlar, mədəniyyət işçiləri, gənc yazarların və KİV-in iştirakı ilə baş tutan təqdimat törənində Saxa (Yakutiya) Respublikasının Mədəniyyət və Ruhani İnkişaf naziri Yuriy Kupriyanov, İnformasiya siyasəti və kütləvi kommunikasiya qurumunun başçısı Afanaasi Noyev, Ədəbiyyat Muzeyinin direktoru Nikolay Luqinov, İl Tümenin (Dövlət Məclisinin) deputatı Əliş Məmmədov, Saxa dövlət başçısı administrasiyasının Dil Məsələləri üzrə İdarəsininin başçısı Rimma Jirkova, P.Oyunskinin anadan olduğu Tattı Ulusu başçısının müavini İzabella Sivtseva, Tattı Ulusunun idarə rəisi Yeqor Borisov və b. çıxış edib, kitabın məziyyətlərindən, iki qardaş xalqın ədəbi-mədəni əlaqələrinin bugünündən, perspektivindən danışıb.

Saxanın Xalq şairi, Saxa Yazıçılar Birliyinin başqanı Natalya Xarlampyeva mərkəzi Bakıda yerləşən Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən ötən ilin yayında kitabının azərbaycanca nəşr olunduğunu və soyuq quzey respublikasının Odlar yurdu ilə mədəni işbirliyinin tarix köklərindən, əsaslarından söz açıb. Qarşılıqlı ədəbi əlaqələrin çağdaş intensivliyinə misal olaraq, P.Oyunskinin əsərlərinin Azərbaycanda nəfis şəkildə çap olunmasından, bu nəcib işin məsuliyyət və şərəfi barədə fikirlərini bölüşüb.

Çıxış edənlər Platon Oyunskinin ictimai və dövlət xadimi, dilçi və ədəbiyyatçı olaraq, Azərbaycan dilində danışmasını dəyərli hadisə kimi qiymətləndirib, bildriblər ki, ədəbiyyat insanlar və ölkələr arasında ən böyük körpüdür. Eyni zamanda, 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayda Saxalı türkoloqların da iştirak etdiyini ehtiramla yad edib, bu tarix hadisənin Saxa aydınları üçün bugündə əskilməyən önəminə vurğu yapıblar.

“Qırmızı şaman” kitabının layihə rəhbəri və baş redaktoru olan Əkbər Qoşalı Saxada əhatə olunduqları yüksək qonaqpərvərliyə görə təşəkkür edib, qarşılıqlı ədəbi-mədəni əlaqələrin artıq bir örnək, model özəlliyi daşımaqda olduğunu, ədəbi-mədəni planları qarşılıqlı olaraq müzakirə etməkçün yaxşı platforma yarandığını deyib: “Natalya İvanovnanın təşəbbüsü ilə, Yakutskda Azərbaycan yeni nəsil şairlərinin şeirlərindən ibarət kitabın, habelə, “Klassiklərdən çağdaşlara Saxa şeiri”nin Bakıda nəşrə hazırlanması, eləcə də, “Qırmızı şaman”ın Ankara və Nur-Sultanda nəşri məsələsinin nəzərdən keçirməkdəyik; ümidvaram, bu xoşməramlı istəklər də, yaxın gələcəkdə gerçəkliyə çevriləcək. Biz şadıq ki, Saxanın Fəxri vətəndaşı olan soydaşımız var və o – deputat Əliş Məmmədov ədəbiyyatçıların olumlu istəklərinin gerçəkləşməsi üçün öz dəstəyini əsirgəmir. Fürsətdən istifadə edib, iki qardaş xalqın yazarları arasında intensiv əlaqələrin qurulmasında, inkişafında rolu olan bütün könül dostlarına təşəkkür edir, uğurlar arzulayıram.”

Aida Eyvazlı Göytürk əsərlərin tərcümə prosesində baş verən maraqlı, mistik hadisələr, eləcə də, Hüseyn Cavidlə eyni yüzillikdə doğulub, eyni repressiyanın qurbanı olan, əsərlərinin bir çox motivləri oxşar olan tarixi şəxsiyyətlərin yaradıcılığının məziyyətlərindən danışıb: “Əgər Cavid dövrün ağırlıqlarını “İblis” əsərində yazıbsa, Oyunski bu ağrıları “Qırmızı şaman” əsərində böyük istedad və sətiraltı eyhamlarla yazıb, gələcək nəslə yadigar qoyub”.

Oyunskinin ev muzeyində həm də Saxanın tanınmış sənət adamları milli musiqi və nəğmlərini təqdim etdilər.

Sonra Saxa (Yakutiya) Respublikasının mədəniyyətyönümlü dövlət, hökumət qurumları tərəfindən Azərbaycanlı yazarlara Saxa dövlət başçısı adminis-trasiyasının Dil Məsələləri üzrə İdarəsininin, Tattı Ulusunun idarəsinin də “Fəxri fərman”ları təqdim edilib.

Təqdimat süfrə arxasında səmimi fikir mübadiləsi ilə davam edib.

Ədəbiyyat Muzeyini ziyarət edən Azərbaycanlı yazarlar, P.Oyunskinin həyat və yaradıcılığını özündə əks etdirən eksponatlarla tanış olub.

Oyunskinin Bakıda çıxan kitabı Yakutskda təqdim olundu - ŞƏKİLLƏR
Oyunskinin Bakıda çıxan kitabı Yakutskda təqdim olundu - ŞƏKİLLƏR
Oyunskinin Bakıda çıxan kitabı Yakutskda təqdim olundu - ŞƏKİLLƏR

Oyunskinin Bakıda çıxan kitabı Yakutskda təqdim olundu - ŞƏKİLLƏR
Oyunskinin Bakıda çıxan kitabı Yakutskda təqdim olundu - ŞƏKİLLƏR
Oyunskinin Bakıda çıxan kitabı Yakutskda təqdim olundu - ŞƏKİLLƏR
Oyunskinin Bakıda çıxan kitabı Yakutskda təqdim olundu - ŞƏKİLLƏR
Oyunskinin Bakıda çıxan kitabı Yakutskda təqdim olundu - ŞƏKİLLƏR
Oyunskinin Bakıda çıxan kitabı Yakutskda təqdim olundu - ŞƏKİLLƏR
Oyunskinin Bakıda çıxan kitabı Yakutskda təqdim olundu - ŞƏKİLLƏR
Oyunskinin Bakıda çıxan kitabı Yakutskda təqdim olundu - ŞƏKİLLƏR
Oyunskinin Bakıda çıxan kitabı Yakutskda təqdim olundu - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar