Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Süleyman Hüseynovla görüş keçirilib - ŞƏKİLLƏR

Tarix: 12-06-2019 13:56     Baxış: 3341 A- / A+
Süleyman Hüseynovla görüş keçirilib - ŞƏKİLLƏR

General Həzi Aslanov alman faşizminə qarşı vuruşdu, həmyerlisi Süleyman Hüseynov isə bu gün erməni faşizminə qarşı ideoloji mübarizədə ön cəbhədədir

Lənkəran rayonunun şəhid N.Axundov adına 1 saylı Boladi kənd orta məktəbində şair-yazıçı, 10-dan artıq kitabın, milli-vətənpərvərlik ruhunda yazılmış "AND" romanının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2019-cu ilin Prezident mükafatçısı Süleyman Hüseynovla görüş keçirilmişdrir.

Təhsil ocağının rəhbəri Elman Rzayev hörmətli qonağı - respublikada istedadlı şair-yazıçı kimi tanınan keçmiş məzunu kənd sakinləri və məktəb kollektivi adından salamlayaraq, onun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına qısa məlumat vermişdir.

Bildirilmişdir ki, Boladi kəndində böyüyüb boya-başa çatmış, 53 il əvvəl - 1966-cı ildə doğma kənddə orta məktəbi əla qiymətlərlə başa vurmuş gənc Süleyman ali təhsil almaq arzusu ilə Sumqayıta gələrək, sonralar ölkənin neft-kimya sənayesinin inkişafında böyük rolu olmuş əmisi Zamin Hüseynovun məsləhəti ilə sənədlərini Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna vermiş və uğurla imtahan verərək həmin nüfuzlu ali məktəbə qəbul edilmişdir. Hələ orta məktəbdə oxuyarkən ara-sıra şeirlər yazsa da, şair olacağını xəyalına belə gətirmədən neft-kimya mühəndisi olmaq istəyi ilə səylə çalışmış, istehsalatdan ayrılmadan ali təhsil almışdır.

İftixar doğurur ki, əmək fəaliyyətinə 1966-ci ildə Sumqayıt superafosfat zavodunda elektrik çilingəri kimi başlamış Süleyman Hüseynov kimyaçı-mühəndis kimi pillə-pillə ucalaraq, sonralar Sumqayıt Kompressorlar zavodunda, “Kimyasənaye” İB-də, hətta Moskva müəssisələrində yüksək vəzifələrdə çalışmış, vaxtilə fəhlə kimi işə qəbul edildiyi Superfosfat zavodunun və digər Sumqayıt müəssisələrinin direktoru olmuşdur. Təsadüfi deyil ki, peşəkarlığı, yüksək təşkilatçılıq xüsusiyyətləri, çalışdığı kollektivlərdə qazandığı hörmət və nüfuzu, səmimiyyəti və qayğıkeşliyi sayəsində sumqayıtlıların rəğbətinə nail olan Süleyman Hüseynov həm də 5 il Sumqayıt şəhər Sovetinin deputatı olmuşdur.

Ancaq o, bir mühəndis kimi hər zaman uğurlar qazansa da, hətta Rusiyanın Xalq Təsərrüfatı Akademiyasını fərqlənmə diplomu ilə bitirsə də, poeziyanın cazibəsindən çıxa bilməyərək, daim ədəbi yaradıcılıqla da məşğul olmuşdur. Hələ tələbə ikən - 1971-ci ildə Sumqayıtda çıxan çoxtirajlı “Kimyaçı” qəzetində iki dəfə Sovet İttifaqı qəhrəmanı general-mayor Həzi Aslanova həsr etdiyi “Bakıda bir məzar var” şeirilə dövri mətbuatda çıxış etməyə başlamışdı. Şairin son 25 ildə "Bir həzin nəğmə", "Öz yolumla gedirəm", "Qəlb harayım", "Taleyim mənim", "Qəriblik nəğmələri" adlı şeirlər kitabları, "Ana baxışları", "Qisas" və "And" adlı povest və romanları nəşr edilib. Həmvətənimiz Nadejda Painanın tərcüməsi ilə Bakıda və Moskvada şairin rus dilində "Прожил бы так", "Если я не вернусь", "Меч правосудия" şeirlər kitabları da oxucular tərəfindən maraqla qarşılanıb.

Süleyman Hüseynovun istedad və yaradıcılığının daha bir nümunəsi olan, gənclərimizə vətənpərvərlik ruhu aşılayan "And" romanı müəllifin növbəti ədəbi uğurudur. Təsadüfi deyil ki, həm Azərbaycan, həm də rus dilində nəşr olunmuş bu dəyərli əsərin ictimai-siyasi əhəmiyyətini nəzərə alan Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və maliyyə dəstəyi ilə əsər paytaxtın "Qələm" nəşriyyatı tərəfindən təkrarən çap edilib. Əsəri rus dilinə xalqımıza, onun ədəbiyyat və mədəniyyətinə böyük məhəbbət bəsləyən, ölkəmizin yaxın və sevimli dostu, özbəkistanlı şair-tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Şaxlo Kasımova tərcümə etmişdir.

Diqqətəlayiqdir ki, poetik istedadı və məhsuldar yaradıcılığı ilə diqqəti cəlb edən Süleyman Hüseynov 1999-cu ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib. Onun şeirlərinə mahnılar bəstələnıb, iki audio-diski buraxılıb. Maraqlı həyat və yaradıcılıq yolu olan şair haqqında “Söz karvanının sarvanı” sənədli televiziya filmi də çəkilib. Onun əsərləri rus və özbək dillərinə tərcumə olunmuş, Daşkənddə çapdan çıxmış “Müasir Azərbaycan poeziyası antologiyası"na daxil edilmişdir. O, həm də 2005-ci ildə "Qılınc və Qələm" Beynəlxalq ədəbi mükafatına layiq görülüb.

Məktəbin keçmiş məzunu Süleyman Hüseynovun həyat və yaradıcılığı haqqında söylənilənlər tədbir iştirakçıları olan pedaqoji heyət, şagirdlər və kənd sakinləri tərəfindən rəğbətlə, alqışlarla qarşılanmışdır.

Məktəbin dil-ədəbiyyat müəllimi Yalçın Heydərli, AYB-nin üzvü, yazıçı-rejissor Hafiz Nəzərli, veteran maarif işçiləri Musa Xanbabazadə və Ramazan Quliyey, AYB Lənkəran bölməsinin sədr müavini Ağamir Cavad, Lənkəran rayon İcra Hakimiyyətinin Boladi kənd nümayəndəsi Nizami Hüseynov, şair Salman Məmmədoğlu, keçmiş sinif yoldaşı Fəxrəddin Əliyev və digərləri Süleyman Hüseynovun poeziyası və nəsr əsərləri barədə fikirlərini söyləyərək, ona yeni yaradıcılıq uğurları arzulamışlar.

Sonra şagirdlərin ifasında şairin şerləri, sözlərinə yazılmış mahnılar səsləndirilmişdir. Süleyman Hüseynov yaradıcılığına göstərilən diqqətə görə doğma məktəbin kollektivinə və şagirdlərinə dərin təşəkkürünü, minnətdarlığını bildirmiş, yeni şeirlərin oxumuş, tədbir iştirakçıları ilə birgə xatirə şəkilləri çəkdirmişdir.

Rəhman ORXAN.



Süleyman Hüseynovla görüş keçirilib - ŞƏKİLLƏR
Süleyman Hüseynovla görüş keçirilib - ŞƏKİLLƏR
Süleyman Hüseynovla görüş keçirilib - ŞƏKİLLƏR
Süleyman Hüseynovla görüş keçirilib - ŞƏKİLLƏR
Süleyman Hüseynovla görüş keçirilib - ŞƏKİLLƏR
Süleyman Hüseynovla görüş keçirilib - ŞƏKİLLƏR
Süleyman Hüseynovla görüş keçirilib - ŞƏKİLLƏR
Süleyman Hüseynovla görüş keçirilib - ŞƏKİLLƏR
Süleyman Hüseynovla görüş keçirilib - ŞƏKİLLƏR
Süleyman Hüseynovla görüş keçirilib - ŞƏKİLLƏR
Süleyman Hüseynovla görüş keçirilib - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar