Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Mənim adım Vətəndi” Cocuq Mərcanlıda...

Tarix: 21-04-2019 21:50     Baxış: 3229 A- / A+
“Mənim adım Vətəndi” Cocuq Mərcanlıda...

Yazıçılar Birliyinin üzvü kitabının təqdimatını Cocuq Mərcanlıda keçirəcək.

Yazıçılar Birliyinin üzvü Afət Viləşsoy bu yaxınlarda çapdan çıxacaq «Mənim adım Vətəndi» kitabının təqdimatını Cocuq Mərcanlı və Füzulidə keçirmək niyyətindədir. Bu barədə müəllifin özü məlumat verib.
“Düşündüm ki, “Mənim adım Vətəndi” kitabı ilk növbədə Vətənimizin yaralı yeri olan Qarabağda təqdim olunmalıdır. Qoy bu da mənim torpaqlarımız uğrunda canlarından keçmiş qəhrəmanların ruhuna bir tövhəm olsun. Bu, həmçinin düşmənlə üz-üzə dayanmış əsgərlərə və cəbhə bölgəsi sakinlərinə bir təşəkkür, düşmənlərə isə Vətəndən heç vaxt üz döndərməyəcəyimiz barədə mesajıdır”- deyə Afət Viləşsoy bildirib.
Müəllifin sözlərinə görə, artıq kitab çap mərhələsindədir və aprelin sonu-mayın əvvəllərində oxucuların ixtiyarına veriləcəyi gözlənilir. Nəşrdə Afət Viləşsoyun «Ulduz» jurnalı və bir sıra digər nəşrlərdə işıq üzü görmüş vətənpərvərlik ruhlu hekayə və şeirləri toplanılıb.
Kitabın redaktoru və öz söz müəllifi böyük Azərbaycan yazarı İsa Muğannanın qızı, Filologiya üzrə fəlsəfə doktoru Sevinc Muğanna, texniki redaktoru Elnarə Abbasovadır.
Qeyd edək ki, Bakı Dövlət Universiteti və «Gənc istedadlar liseyi»nin müəllimi olan filologiya üzrə fəlsəfə doktoru Afət Viləşsoy 7 bədii kitab və 10-dan çox elmi əsərin müəllifidir. O, 2011-ci ildə gənc yazar olaraq Prezident təqaüdünə layiq görülüb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar