Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Mən soyuqdan donanda qızınmaqçün ümidləri yandıraram" - Arzu Murad

Tarix: 02-04-2019 23:00     Baxış: 3298 A- / A+
"Mən soyuqdan donanda qızınmaqçün ümidləri yandıraram"

QADAM

Səninlə hər zaman təzə ayaqqabı kimi davrandım,
bəs elə isə qane olmadığın nə idi?
Sən elə bilirsən ki, məni asanlıqla unudacaqsan...
Ay yazıq!
axı sən hardan biləsən ki...
sən hardan biləsən ki, məni unutmaq bu qədər asan deyil.
Barı göz yaşlarını axıtdığın yastığından,
burnunun suyunu sildiyin yorğanından utan.
Bağışla...
Bağışla ki, belə banal kəlmələrlə ifadə edirəm bu həsrəti.
Daha dünyəvi cümlələr də qura bilərdim,
qorxdum ki, sənin zehnin yetməsin anlamağa.
Qadam, məsələn, çox istəyərdim ki,
bu bayramısa da yanında olum.
Əsl sevgililər kimi... nə bilim, daha səmimi...
Rahat-rahat sarılım sənə,
qoxunu ciyərlərimin dibinəcən çəkə bilim, məsələn.
Qədərini bilmirəm, nə qədər yaxınam sənə, nə qədər uzaq?
Unutqanlığımın tam da bir addımlığındadır sənə olan sevgim.
Hərdən sənə qədər olan yolun uzunluğu boşaltdığım şüşələrlə ölçülər,
hərdən də ağrıkəsicilərin dozasıyla...
Qadam, deyəsən, sənə əməlli-başlı yoluxmuşam axı.
Unutmaqdan da qorxuram, unuda bilməməkdən də,
...amma sən mənə çox da ümid bəsləmə.
Mən soyuqdan donanda qızınmaqçün ümidləri yandıraram.
eqoistin ən alçağındanam, yəni...
Yerinə olsam, məni qaldırıb uzağa, eee lap uzağa tolazlayaram,
hətta bacarsam, üzərinə bir daş da qoyaram...
ki, batsın yerin dibinə.
Bütün bunlar məndən ötrü çox humanist davranışdır, əslində,
amanın günüdür, sən humanist olma.
Məgər bilmirdin ki,
ürəyə qan dövranından başqa vəzifə verəndə,
gəlib mənim kimi axmağı sevəcək?
Sən hələ də elə bilirsən ki, məni asanlıqla unudacaqsan...
Ay yazıq!

Arzu Murad

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar