Sizin Reklam Burada
Xəbər lenti
24 mart
23 mart
BÜTÜN XƏBƏRLƏR

“Gənc Ədiblər Məktəbi çox böyük istedadlar bəxş etdi” - Rəşad Məcid

Tarix: 09-03-2019 22:11     Baxış: 347 A- / A+
“Gənc Ədiblər Məktəbi çox böyük istedadlar bəxş etdi”

"Artıq dördüncü Gənc Ədiblər Məktəbi də bir neçə aydır, fəaliyyətə başlayıb və artıq bir neçə görüşlər keçirmişik".

Manevr.az bildirir ki, bunu moderator.az-a açıqlamasında AYB-nin katibi Rəşad Məcid deyib.

Rəşad Məcid Yazıçılar Birliyində təxminən, artıq 11-12 ildir ki, 2008-ci ildən Gənc Ədiblər Məktəbinin yarandığını bildirib:

"Birinci Gənc Ədiblər Məktəbi 2008-2010-cu ildə fəaliyyətə başladı. Bunu Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etmişdik. Toplantılarımız da Milli Kitabxanada keçirilirdi. Gənc istedadlı yazarlar, şair, nasir, tərcüməçi və yaxud tənqidçi, bütün ədəbiyyatmeyillilər toplaşıb, onlarla ayda bir dəfə ustad dərsi keçirdik.
Yazıçılarla görüşüb, suallar verir, yaradıcılığın sirləri barədə danışırdılar.
2010-cu ildə Mədəniyyət naziri Əbülfəs Qarayevin və mənim imzamla 50 nəfərə diplom təqdim etdik. Ondan sonra bu məktəblər Yazıçılar Birliyində davam etdi.
Yenə biz ikinci və üçüncü Gənc Ədiblər Məktəbini yaratdıq və təxminən, 50 nəfərdən çox gənci diplomlarla təltif etdik. İkinci və üçüncü GƏM-də çox istedadlı cavanlar çıxdı. Orada da eyni qayda ilə biz həm ayda bir dəfə yazıçılarla görüşlər, eyni zamanda, müxtəlif tədbirlər keçirilirdi.
Artıq dördüncü GƏM-də bir neçə aydır, fəaliyyətə başlayıb və artıq bir neçə görüşlər keçirmişik. Təxminən, 50 nəfərdən çox yaradıcılığa meyilli olan gənc yazarlar toplanıb. Mart ayının 15-də tənqidçi Əsəd Cahangirlə görüşümüz olacaq. Bu dəfə onların əsəsrlərini tənqidçi Əsəd Cahangir təhlil edəcək. Gənclər əvvəlcədən öz əsərlərini tənqidçiyə göndəriblər.
Tənqidçi isə onu oxuyur, təhlil edir sonra isə bir yerdə onların təhlilini edirlər. O gənclərin içərisindən şairlər, tənqidçilər, nasirlər, istedadlı gənclərimiz çıxır və onlar da sonra Yazıçılar Birliyinə üzv olur.

Azərbaycan Prezidentinin gənc yazıçılar üçün ayrılmış təqaüdündən bəhrələnirlər. Gənc Ədiblər Məktəbi ictimaiyyətdə də çox məşhurdur. Bu məktəbin "facebook" səhifəsi də var. Birinci gənc ədiblər məktəbini bitirənlər artıq jurnalistika mühitində çox fəal olan gənclərdir. Bu məktəbin uğurları və xeyiri barədə də həddindən artıq çox danışılıb. Bu il yenə də təxminən, 200 nəfərə yaxın gənc bu məktəbdən bəhrələnib".


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar