Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xalq yazıçısının qızı müraciət etdi: “İsa Muğannanı dünya tanımalıdır, ona görə də...”

Tarix: 11-12-2018 06:38     Baxış: 3234 A- / A+
Xalq yazıçısının qızı müraciət etdi: “İsa Muğannanı dünya tanımalıdır, ona görə də...”

“Sağ olsun, Cənab prezident, onun sərəncamı ilə atamın, böyük yazıçı, Ustad İsa Muğannanın 90 illik yubileyi keçirildi.
Yubiley tədbirlərindən bizə çox xoş təəssüratlar qaldı. İlk olaraq, doğulduğu Ağstafada yubiley tədbiri keçirildi. Sonra Atatürk Mərkəzində və nəhayət ki, dövlət səviyyəsində yubileyi keçirildi”.


Manevr.az
bildirir ki, bunu moderator.az-a açıqlamasında bir müddət öncə 90 illik yubileyi dövlət tərəfindən keçirilən ustad yazıçı, mərhum Xalq yazıçısı İsa Muğannanın qızı Sevinc Muğanna deyib.
O sayta açıqlamasında başqa məqama – Ustad yazıçının müstəqillik illərində yazdığı ən son əsərlərin kitab halında çapdan çıxmasına və Muğanna yaradıcılığının dünya dillərinə tərcümə olunma vacibliyinə də diqqət edib:

“Amma kitablarının buraxılması, yaradıcılığı barəsində görüləcək işlərlə bağlı, sözün düzü, xəbərim yoxdu. Şəxsən özüm çox istərdim ki, əsərləri, kitabları çap olunsun. Çünki müstəqillik illərində kifayət qədər yeni hekayələri, şeirləri, povestləri var. Onları toplum şəkilində, kitab halında buraxmaq olardı.

Həm mənim, həm də ustadın çox böyük arzularından biri də əsərlərinin dünya dillərinə tərcümə olub. Buradan Mədəniyyət Nazirliyinə, cənab Əbülfəz Qarayevə, müraciət edirəm: İsa Muğanna kimi nəhəng yazıçının əsərlərinin dünya dillərinə çap olunmaması, məncə, bizim üçün çox böyük itki ola bilər. Dünya tanımalıdır ki, Azərbaycanın belə bir ustad yazıçısı var”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar