Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan - Türkiyə həsrətinin ən yaxşı ifadəsi olan görüş – Bir şəklin tarixçəsi

Tarix: 19-10-2018 23:19     Baxış: 2259 A- / A+
Azərbaycan - Türkiyə həsrətinin ən yaxşı ifadəsi olan görüş – Bir şəklin tarixçəsi


Təqdim olunan foto 1968-ci ildə Bosfor sahilində Azərbaycan yazıçılarından bir qrupun çəkdirdiyi fotodur.: Qasım Qasımzadə, İsa Hüseynov, Məsud Əlioğlu, Xəlil Rza və onların həyat yoldaşları.


Xaricə çıxışların xeyli məhdud olduğu sovet dönəmində Azərbaycandan bir qrup ziyalıya imkan vermişdilər Gürcüstan yazıçıları ilə birgə Türkiyəni turist qismində ziyarət etsinlər.

Türkiyə sevdalısı Qasım Qasımzadə o səfərdən bol təəssüratla və silsilə şeirlərlə qayıdır.

Manevr.az
xəbər verir ki, mərhum şairin oğlu, tərcüməçi, şərqşünas Nəriman Qasımoğlu atasının həmin görüşlə bağlı təəssüratlarını bu gün də xoş xatirə kimi yada salır:

“Qayıdan kimi dərhal “On Günün Təəssüratları” yazısını qələmə aldı və “Azərbaycan Gəncləri”ndə ardıcıl olaraq qəzetin on-on beş sayında dərc etdirdi. Sovet dövründə Türkiyə həqiqətlərini azərbaycanlılara öz ətraflı qeydlərilə ilk dəfə müjdələyən Qasım Qasımzadənin bu yazısını o zaman demək olar oxumayan qalmadı, insanlar səhərlər növbəyə dayanıb köşklərdən 2 qəpiyə satılan “Azərbaycan gəncləri”ni alırdılar.
Türkiyə haqqında o zaman üçün olduqca əhatəli bir yazıdır. Görünür, gələcək yazısını planlaşdırırmış deyə xeyli qeydlər götürürmüş. Etnoqrafik təsvirlərdən tutmuş, gəzdiyi yerlərə, muzeylərə dair hər şeyin dəqiqliklə, görüşdüyü şəxslərlə söhbətlərinin təfərrüatlarına qədər təqdimatı Türkiyəyə gediş-gəlişin məhdud olduğu, yazıçılar üçün isə ümumiyyətlə əlçatmaz bir zamanında qardaş ölkəni sovet Azərbaycanının oxucularına əməlli-başlı tanıtdırır. Türkiyə xatirələri belə başlıqlarla təqdim edilir: “İstanbulda nə var, nə yox”; “Bu dağlar ulu dağlar”; Möcüzələrdən üçü”; “Tamaşalı, bulaqlı yollar”; “Haldun Tanerin teatrı”; “O Türkiyəni necə görmək istəyirdi”; “Qəzetlərə də baxırdıq...”; “Doğma mahnılar”; “Bələdçimiz Erdənbəy”; “Ölümsüz ot”.

N.Qasımoğlu maraqlı bir detala da toxunur. Düşünür ki, bəs, görəsən, necə olub ki, sovet dövründə bu yazılar... Yaxşısı budur ki, özünü dinləyək:

“Necə olub "qlavlit"dən - sovet senzurasından keçib deyə təəccüblənirəm. Türk ədibi Yaşar Kamal Azərbaycan yazıçıları ilə səfərləri sonunda mehmanxanada vidalaşsa da təyyarə meydanına gəlibmiş. “Onu buraya gətirən dostluq duyğusu deyildimi?” – yazır Q.Qasımzadə. Əlbəttə, o zamanın “qlavlit”indən keçsin deyə sadəcə “dostluq duyğusu” deyir. Sonra yazır:
“Görkəmli ədib həyatı, təbiəti bilməyin zərurətindən söhbət salıb dedi ki, o, “Ölümsüz ot” adlı əsərində nağıllardan eşitdiyi bu əfsanəvi bitkidən söhbət açıbmış. Kəndli oxucularından biri ona irad tutubmuş ki, bu bitki əfsanəvi deyil, həqiqətən mövcuddur. Yazıçı həmin bitkini görməkdən ötrü oxucunun dəvəti ilə kəndə gedibmiş. Ölümsüz ot kiçik tağlar atan, kökü isə torpağın altında xırman-xırman yayılan bitkidir. Onun üzdəki tağını, yaxud torpaqdakı kökünün tellərini nə qədər kəsib töksən də, bircə buğumundan belə boy atıb böyüyür, yenidən üzə çıxa bilir. Ölümsüz ot barədə bu həqiqət nədənsə məni çox düşündürdü. Təbiət və insan həyatında bir-birini xatırladan cəhətlər az deyildir. İnsanlar arasındakı, xalqlar arasındakı doğmalığı, ünsiyyəti, mehribanlıq tellərini qırıb tökmək, məhv etmək mümkün deyildir. Çünki bu tellər çox-çox dərinliklərə rişələr atıb yayılmışdır. Ölümsüz otun kökləri kimi!..”
Türkiyə səfərindən ilhamlanan Q.Qasımzadənin yazıdığı silsilə şeirlərdə belə misralar var:
Bosfor sahilinə düşdü güzarım,
Nağılmı, röyamı bilə bilmədim.
Çoxaldı sevincim, artdı məlalım,
Ağlaya bilmədim, gülə bilmədim.
Sevincinin səbəbi dəmir pərdələr arxasından Türkiyə ilə vüsalıdırsa, məlalı bu vüsalın qısa müddətldə başa çatacağı ilə bağlıdır...”(moderator.az)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar