Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ölkədən qovulan prezident dövlətin büdcəsini də özü ilə aparıb

Tarix: 23-01-2017 10:32     Baxış: 5436 A- / A+
Ölkədən qovulan prezident dövlətin büdcəsini də özü ilə aparıb

Qambiyada keçmiş prezident Yəhya Cammenin vəzifəsindən gedəndən sonra dövlət xəzinəsindən 11 milyon ABŞ dollarından çox vəsait də yoxa çıxıb.

Bu barədə hazırkı prezident Adama Barrounun müşaviri May Əhməd Fetti bildirib.

“Xəzinə faktiki olaraq boşdur. Bunu Qambiya Maliyyə Nazirliyinin və Mərkəzi Bankının texniki mütəxəssisləri də təsdiq ediblər”, – deyə M.Ə.Fetti vurğulayıb.

Xatırladaq ki, ötən həftənin şənbə günü 20 ildən çox Qambiyanın dövlət başçısı vəzifəsini yerinə yetirən Y.Camme hökuməti prezident seçkilərində qalib gəlmiş A.Barrouya təhvil verərək ölkəni tərk edib.

Şahidlərin sözlərinə görə, Y.Cammenin uçduğu yük təyyarəsində bir neçə lüks avtomobil və digər dəbdəbəli əşyalar olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar