Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Maska taxın” deyən avtobus sürücüsü öldürülüb - Fransa şokda: iki gənc həbs olundu

Tarix: 13-07-2020 06:30     Baxış: 3297 A- / A+
“Maska taxın” deyən avtobus sürücüsü öldürülüb

İyulun 10-da Fransanın Bayonne şəhərində 59 yaşlı avtobus sürücüsü Philippe Monguillot 22 və 23 yaşlı iki sərnişinlərin hücumuna məruz qalıb. Gənclər tərəfindən vəhşicəsinə döyülən sürücü xəstəxanaya çatdırılıb. Ancaq həkimlər onu xilas edə bilməyib.

Bu barədə Britaniyanın “The Telegraph” qəzeti məlumat yayıb.
Hadisənin səbəbi isə koronavirusla bağlıdır.
Belə ki, sürücü sərnişinlərdən xahiş edib ki, maska taxsınlar. Bu təklifdən əsəbiləşən gənclər sürücüyə hücum edib və onu ölümünə döyüblər. Sürücünün qızı Marie Fransanın “AFP” agentliyinə deyib ki, beyin ölümü keçirən atasının həyatda qalmaq şansı yox idi. Ona görə də onu süni şəkildə can verən aparatlardan ayırmağa qərar veriblər. Düşünüblər ki, ona dünyasını rahat dəyişməyə imkan verməlidirlər.

Sürücünü döyən gənclər isə həbs olunublar. Onlar qətl törətməkdə ittiham olunurlar.

Fransanın Baş naziri Jan Kasteks deyib ki, Fransa ləyaqətli vətəndaşını itirdi. Qanun isə bu mənfur cinayəti törədənlərə layiq olduqları cəzanı verəcək. Fransanın Daxili İşlər naziri Gerald Darmanin isə avtobus sürücüləri ilə görüşə hazırlaşır. O deyib ki, belə cinayətlər cəzasız qala bilməz.
Family announces death of French bus driver beaten by passengers ...

“Maska taxın” deyən avtobus sürücüsü öldürülüb

Bu qətl hadisəsi Fransada ciddi rezonans doğurub. Sürücünün ailəsi yerli sakinlərlə birlikdə Philippe Monguillotun işlədiyi avtobus qarajından şəhərin mərkəzinə doğru sükut içində yürüş ediblər.

Digər sürücülər hadisə səbəbindən xəttə çıxmaqdan yayınıblar. Onlar ciddi təhlükə ilə üzləşdiklərini bildirirlər və dövləti sürücülərin müdafiəsinə qalxmağa çağırırlar. musavat.com

Manevr.az
“Maska taxın” deyən avtobus sürücüsü öldürülüb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar