Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan polisi telekanala soxuldu: Paşinyan hakimiyyətinə sərt xəbərdarlıq

Tarix: 04-07-2020 02:30     Baxış: 3243 A- / A+
Ermənistan polisi telekanala soxuldu:

Ermənistan hakimiyyəti fövqəladə vəziyyət qaydalarını bəhanə edərək ölkədəki media quruluşlarına qarşı hücuma keçib.

İyulun 3-də polis əməkdaşları “5-ci kanal” telekompaniyasının yerləşdiyi ünvana gəliblər.

Telekanalın direktoru Arutyun Arutyunyan özünün feysbukdakı şəxsi səhifəsində yazıb: “Təbrik edə bilərsiniz! Polislər hazırda bizim telekanaldadırlar”. Məlumatda bildirilir ki, polis fövqəladə vəziyyət rejimində karantin qaydalarının efirdə pozulmasına görə televiziyaya basqın edib.

Bundan bir az əvvəl isə hüquq mühafizə orqanlarının əməkdaşları Ermənistandakı “ArmNews” telekanalına basqın ediblər. Məlumata görə, polisin telekanala basqın etməsi teleaparıcılardan birinin efirdə maskadan istifadə etməməsi ilə əlaqədardır.

A.Arutyunyan deyib ki, inzibati icraat haqqında bildirişi imzalamaqdan imtina edib. Telekanal rəhbərinin sözlərinə görə, iddia əsassızdır, studiyaya dəvət olunmuş şəxslə aparıcı arasında 2 metr 80 sm-dən artıq məsafə olub.

Artıq ölkənin ictimai-siyasi təşkilatlarından polisin dördüncü hakimiyyətə qarşı basqılara başlamasına etirazlar gəlməkdədir. “Çiçəklənən Ermənkistan” partiyasının katibi Arman Abovyan bildirib ki, kütləvi informasiya vasitələrinə qarşı təzyiqlər başlayıb. Abovyan hakimiyyətin koronavirus pandemiyasının qarşısında çıxılmaz vəziyyətdə qaldığını da vurğulayıb.

Politoloq Qrant Melik-Şahnazaryan isə kəskin mövqe sərgiləyib. O, Nikol Paşinyan hakimkiyyətinə xitabən “Çirkli əllərinizi “ArmNews” telekanalından və azad mediadan çəkin. Düşünməyin ki, siz hər şeyə qadirsiniz və biz sizə ölkəmizdə diktatura qurmağa imkan verəcəyik. Yox. Siz buna qadir deyilsiniz. Bundan başqa, siz heç kimsiniz. Siz sadəcə bir səhvsiniz, tezliklə o səhv düzəldiləcək”-deyə, Melik-Şahnazaryan ultimativ bəyanatla çıxış edib. musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar