Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyan təhlükədə: Rusiya ilə münasibətlər qırılma həddinə çatdığı an...

Tarix: 03-07-2020 09:55     Baxış: 2189 A- / A+
Paşinyan təhlükədə: Rusiya ilə münasibətlər qırılma həddinə çatdığı an...


Ermənistan-Rusiya münasibətlərinin gərgin olduğu göz önündədir. Sözsüz ki, bu münasibətlərdəki gərginliyinin mərkəzində Nikol Paşinyanın apardığı siyasət durur. Ermənistan Avrasiya İttifaqının, Kollektiv Təhlük'sizlik Müqaviləsi Təşkilatının üzvüdür. Başqa sözlə, Ermənistan Rusiyanın ən yaxın müttəfiqidir. Amma Ermənistan rəhbərliyi iyunun 24-də Moskvada keçirilən hərbi paradda iştirak etmədi. Bu, onu göstərir ki, Moskva Paşinyanın siyasətindən narazıdır.

Manevr.az bildirir ki, bu fikirləri teleqraf.com-a Ermənistan-Rusiya münasibətlərinin indiki mərhələsini şərh edən politoloq Fikrət Sadıqov deyib.

Politoloq əlavə edib ki, hazırda söhbət Rusiya-Ermənistan münasibətlərinin qırılmasından getmir: “Amma münasibətlərdə soyuqluq, uzaqlaşma və bir sıra məqamların nümayişi deməyə əsas verir ki, Moskva tərəfindən erməni Baş nazir Nikol Paşinyana ciddi təzyiqlər göstərilir. Yeri gəlmişkən, bu təzyiqin bir göstəricisi də Ermənistana satılan mavi yanacağın qiymətində bahalaşmanın olacağına dair anonsdur. Əlbəttə, Ermənistan da hansısa addımlar atmağa cəhd edə bilər. Məsələn, belə iddialar səsləndirilir ki, Ermənistan tərəfi hansısa qanun layihəsi hazırlayır və bu imkan verəcək ki, bu ölkə ərazisində yayım həyata keçirən Rusiya televiziya kanalları qapadılsın. Bu xəbər də böyük göstəricidir. Bu, sözsüz ki, Rusiyanın maraqlarını vurur. Bütün bunlar əslində qeyd edilən gərginlikdən xəbər verir və bu gərginlik artan xətt üzrə davam edir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar