Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Belarusla Rusiya arasında qaz müharibəsi başlanır

Tarix: 10-06-2020 06:05     Baxış: 3183 A- / A+
Belarusla Rusiya arasında qaz müharibəsi başlanır

Belarus Rusiyadan alınan təbii qazın qiymətinin 2020-ci ildə aşağı salınmasında təkid edir.

Manevr.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Belarus Energetika Nazirliyinin yaydığı açıqlamada bildirilir: “Belarus tərəfi növbəti dəfə qeyd edir ki, ölkə üçün təbii qazın qiymətinə korrekt və ədalətli səviyyə müəyyənləşdirilməklə yenidən baxılmalıdır”.

Nazirlikdə bildiriblər ki, məsələ hər iki ölkənin energetika nazirləri arasında keçirilən videogörüşdə də müzakirə olunub. Belarusun mövqeyi bundan ibarətdir ki, 2020-ci il ərzində Rusiya qazının qiyməti – istər spot, istər də uzunmüddətli müqavilələr üzrə - tədricən azalır. Bu azalma Belarusa uzunmüddətli müqavilə əsasında satılan təbii qaza da şamil olunmalıdır.

Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko mart ayından başlayaraq Rusiyanın ölkəsinə qazı Avropadan baha satdığını bildirməklə qiymətin endirilməsinin gərəkdiyini bəyan edir. Məsələ dəfələrlə nazirlər səviyyəsində müzakirə olunub.

Hətta Rusiya prezidenti Vladimir Putin də məsələyə münasibət bildirərək qiymətin müqavilə əsasında və ədalətlə müəyyənləşdiyini, dəyişməyəcəyini qeyd edib. Lakin Belarus tərəfi bununla razılaşmayaraq “Qazprom”a öz təkliflərini göndərib.

İyunun əvvəlində şirkətin rəhbəri Aleksey Müller Belarusun qaza görə onlara 165 milyon dollar borcunun olduğunu, borc ödəndikdən sonra yalnız 2021-ci il üçün qazın qiyməti ilə bağlı müzakirə apara biləcəklərini bildirib. Belarus tərəfi isə öz növbəsində “Qazprom”a heç bir borcunun olmadığını bəyan edərək, yenidən 2020-ci il üçün qiymətin aşağı salınması məsələsini gündəmə gətirib.

Belə görünür ki, ötən ilin sonu, bu ilin əvvəlində Rusiya neftinin qiymətini öz şərtlərinə uyğunlaşdırmağı bacaran Lukaşenko indi də qazla bağlı eyni nəticəyə nail olmaqda israrlıdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar