Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

ABŞ milyarderləri son üç ayda 500 milyarddan çox qazanıblar

Tarix: 05-06-2020 10:11     Baxış: 3202 A- / A+
ABŞ milyarderləri son üç ayda 500 milyarddan çox  qazanıblar


Pandemiya başlayandan ABŞ milyarderlərinin sərvətləri 500 milyard dollardan çox artıb.


Manevr.az-ın məlumatına görə, bu barədə amerikan "Institute for Policy Studies" (siyasi tədqiqat institutu) qeyri hükumət təşkilatının hesabatında deyilir.

Varlananlar siyasında başda birbaşa onlayn satış və ya internet xidmətləri ilə əlaqədar sahibkar və şirkət təsisçiləri yer tutur.

Hesabatı hazırlayanlar qeyd edir ki, pandemiya sadə amerikalıların vəziyyətinə artıq dərəcədə neqativ təsir göstərib. Belə ki, daha əvvəl əmək nazirliyinin dərc etdiyi hesabatda son 11 ayda ABŞ-da işsizlik üzrə müavinat almaq üçün müraciətlərin sayı 42 milyonu keçib.

Eyni zamanda siyasi tədqiqat institutunun ekspertləri ABŞ-da milyarderlərin sərvətlərinin 565 milyard artdığını vurğulayır. Hazırda amerikan milyarderlərin əlində olan maddi sərvətlər 3.512 trilyon məbləğində dəyərləndirilir.

Bunların sırasında ilk üç yerə Jeff Bezos və keçmiş həyat yoldaşı Makkenzi Bezos (sərvətləri 36.2 və 12.6 milyard dollar artıb), "Facebook"un başçısı Mark Sukerberq (kapitalı 30.1 milyar dollar artıb) və Elon Mask (artım - 14.1 milyard dollar) qərarlaşıblar./trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar