Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni generalın Rusiyaya səfəri qarşıdurma yaratdı

Tarix: 03-06-2020 15:16     Baxış: 3207 A- / A+
Erməni generalın Rusiyaya səfəri qarşıdurma yaratdı

Ermənistanda daxili siyasi qarşıdurma getdikcə kəskinləşir. Bunun ən nəzərəçarpan təzahürlərindən biri baş nazir Nikol Paşinyana qarşı keçmiş prezident Serj Sarqsyanın kürəkəni Mikael Minasyan tərəfindən irəli sürülən ittihamlardır.

Minasyan “məxməri inqilabçı” hökumətin başçısının silah alveri, narkotik ticarəti, korrupsiya, Ermənistanda koronavirusa yoluxanların adlarının naməlum saxlanılması kimi cinayətlərin törədilməsində təqsirli olduğunu bildirir.

Minasyan həmçinin qeyd edib ki, erməni səlahiyyətliləri tərəfindən Aprel döyüşləri vaxtı informasiya çatışmazlığı üçün cavabdeh olan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Baş Hərbi Kəşfiyyat İdarəsinin artıq keçmiş idarə rəisi general Arşak Karapetyan vəzifəsindən azad olunub, lakin Ermənistanın yeni hakimiyyəti general Karapetyanı taparaq ona xidmətlər göstərməyi təklif edib.

Minasyan, həmçinin hansı xidmətlərdən söhbət getdiyi barədə detalları təqdim edib.

“Hazırda Baş nazirin müşaviri vəzifəsini tutan general Karapetyan Ermənistanda və Rusiyada fəaliyyət göstərən fövqəladə vəziyyət rejiminə baxmayaraq, mayın 23-də Voronejə ezam olunub. Yəni, general Karapetyan xüsusi bir şəxs olaraq sərhədi keçə bilməzdi, buna görə də o, dövlət rəsmisi kimi gedib, hökumətin saytında bu barədə məlumat yoxdur. Əlbəttə, o, Baş nazirin ya gizli, ya da şifahi əmri ilə gedib, niyəsi isə çox aydındır, çünki artıq çoxdandır general Karapetyanı qaranlıq işlər üçün istifadə edən Nikol Paşinyan bu dəfə də onu Rusiyanın xüsusi xidmət orqanları ilə danışmaq üçün Voronejə göndərib ki, sonuncular qaçaq siqaretlə əlaqədar Nikol Paşinyan və Ermənistan Baş nazirinin ailəsi ilə əlaqəli olan ən böyük skandalda kömək etsinlər, ört-basdır etsinlər və cinayət işi açılmasın”, - deyə Minasyan bildirib.

Minasyan qeyd edib ki, Nikol Paşinyanın Ermənistanı silah ticarətinin beynəlxalq qara bazarına cəlb etməsini, qaçaq siqaret, habelə silah skandalını ört-basdır etmək üçün general Arşak Karapetyanın Rusiyaya ezam olunmasını sübut edən faktlar var.

“Paşinyan Ermənistanı silah ticarətinin beynəlxalq qara bazarına cəlb edib, hansısa Davit Qalstyan vasitəsilə Rusiyadan Ermənistan üçün alınmış silah daha yüksək qiymətə 3-cü, daha sonra 4-cü ölkəyə yenidən satılıb”, - deyə Minasyan bildirib.

Bu kimi ittihamların Ermənistanda iqtidar-müxalifət qarşıdurmasının daha da sərtləşdirilməsi, Paşinyan hökumətinin mövqeyinin zəifləməsinə təsir edəcəyini ehtimal etmək olar. Paşinyanın onsuz da Qarabağ klanı ilə münasibətləri kəskindir. Onun hakimiyyətə gəldiyi gündən Dağlıq Qarabağla bağlı avantürist bəyanatları bu klanın rəğbətini qazanmağa hesablanmışdı. Lakin müşahidələr göstərir ki, Paşinyanın cəhdləri baş tutmayıb. Əksinə bu klanın nümayəndələri Baş nazirə qarşı daha sərt mövqe tutmağa başlayıblar. Bu isə Paşinyan hakimiyyətinə uğurlu perspektiv vəd etmir./yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar