Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Nikol koronaya Azərbaycanda yoluxub - Video

Tarix: 02-06-2020 21:38     Baxış: 4218 A- / A+
Nikol koronaya Azərbaycanda yoluxub - Video

Ermənistan Baş naziri Nikol Paşinyanın koronavirusa yoluxması həqiqətdir. Bunu özü də etiraf edib. Lakin Paşinyan virusa heç də işgüzar iclas zamanı deyil, məhz qondarma prezident seçkilərində iştirakı zamanı yoluxub.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında ermənişünas alim İsmayıl Tanrıverdi Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı koronavirusdan sağalacağı təqdirdə Moskvada Qələbə günü münasibətilə keçiriləcək hərbi parada qatılacağı vədini verməsi, dolayısı ilə Rusiyaya səfərdən imtina etməsi haqda danışarkən deyib. O qeyd edib ki, Paşinyanın virusa yoluxmasının pərdəarxası məqamları var:

“Ermənistan Baş naziri Nikol Paşinyan video yayımlayaraq bildirib ki, o, ailə üzvləri ilə birlikdə koronavirusa yoluxub. Mən Paşinyanın bu videosunun altından şərh yazdım ki, deyəsən, torbada pişik var. Artur Qazinyan adlı yüksək vəzifəli bir erməni isə “Bu ziyafətdə artıq Nikol Paşinyan koronavirusa yoluxmuşdu” şərhini yazdı. Məsələ ondadır ki, Paşinyan həqiqətən də bu ziyafətə qədər virusa yoluxmuşdu. Bu məlumat erməni mətbuatında da geniş şəkildə verilib”.

İ.Tanrıverdi vurğulayıb ki, Rusiyanın nəzərində Nikol Paşinyanın nüfuzu çox aşağı düşüb:

“Nikolun babasının faşistlərə xidmət etməsi məsələsi Paşinyanın həm Ermənistanda, həm də Rusiyada nüfuzuna ciddi zərbə vurub. Məsələ ondadır ki, Rusiyada Nikol Paşinyanın babasının Njde Qareginin tabeliyində olan ermeni legionunda xidmət etməsi geniş müzakirə edilir. Belə olduqda Paşinyanın Qələbə gününə getməsi də bir az gülünc görünür. Onun koronavirusdan sağalacağı təqdirdə Moskvada Qələbə günü münasibətilə keçiriləcək hərbi parada qatılacağı vədini verməsi inandırıcı görünmür. Çünki iştirak etmək istəməməsi bariz şəkildə bilinir. Koronavirusa yoluxması isə lap ürəyincə olub. Hər halda babasına qarşı döyüşənlərin qələbəsinə sevinməsi düz olmaz”.

İsmayıl Tanrıverdi bildirib ki, Paşinyan hakimiyyəti tədricən Prezident Armen Sərkisyana vermək istəyir:

“Paşinyan bir-iki gün əvvəl qeyd etdi ki, belə getsə, vəzifəsinin bəzi hissələrini mərhələli şəkildə Prezident Armen Sərkisyana ötürəcək. Hətta bunun üçün Konstitusiya Məhkəməsində də iş gedir. Məsələylə bağlı artıq Ermənistan parlamentində 86 nəfər “hə”, 16 nəfər isə “yox” cavabı verib. Paşinyanın belə bir addım atmasını, əslində, anlamaq olar. Görünür, o, bütün yükü, təzyiqləri təkbaşına çəkə bilmir. Buna görə də Ermənistanda ikibaşlı hakimiyyətə keçməyi düşünür”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar