Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Misir mediası Qarabağla bağlı bəyanat yaydı

Tarix: 25-05-2020 19:33     Baxış: 3179 A- / A+
Misir mediası Qarabağla bağlı bəyanat yaydı

Misirin aparıcı KİV-ləri – “Şbbabalnil”, “Əl-Bavabnews” və “Elvathiqa” portalları Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində separatçı qondarma erməni rejimi tərəfindən mayın 21-də keçirilmiş “andiçmə mərasimi” ilə bağlı “Vətənpərvər” - Misirdə Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun bəyanatını yayıb.

Manevr.az xəbər verir ki, “Azərbaycan icması Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkiləri” Misirin tanımamasını yüksək qiymətləndirib” sərlövhəli məqalədə Ermənistanın işğal etdiyi ərazilərdə saxta “seçkilərin” və “andiçmə mərasiminin keçirilməsinin beynəlxalq hüquq normalarına zidd olduğu vurğulanır, həmçinin soydaşlarımızın bu qanunazidd hərəkətləri tanımayan Misir dövlətinə təşəkkür etdiyi bildirilir.

Bəyanatın mətnində qeyd olunur ki, dünyada tüğyan edən koronavirus pandemiyası dövründə BMT və digər beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq, Ermənistan və onun dəstəklədiyi separatçı qondarma rejim mayın 21-də Azərbaycanın Şuşa şəhərində qanunsuz “andiçmə mərasimi” keçirib. Əlavə edilib ki, bu hərəkətlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə, aparılan danışıqlar prosesində ciddi zərbədir. Misir oxucularına məlumat verilib ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, GUAM bu saxta seçkiləri tanımayıb və onu qətiyyətlə pisləyib.

Azərbaycan icmasının bəyanatında vurğulanıb ki, Misir Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi, Dağlıq Qarabağ da daxil olmaqla ölkəmizin ərazi bütövlüyünü tanıyır.

“Azərbaycan xalqı bizim ədalətli mövqeyimizi dəstəklədiyinə görə qardaş ölkəyə minnətdardır”, -deyə məqalənin sonunda bildirilir.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar