Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Du Wei:Çinin İsraildəki səfiri mənzilində ölü tapılıb

Tarix: 18-05-2020 06:38     Baxış: 3192 A- / A+
Du Wei:Çinin İsraildəki səfiri mənzilində ölü tapılıb

Çinin İsraildəki səfiri Du Wei Təl-Əviv şəhərindən şimalda yerləşən mənzilində ölü tapılıb, İsrail rəsmisi BBC-yə bildirib.

Manevr.az KONKRET.az-a istinadən xəbər verir ki, rəsminin sözlərinə görə, İsrail polisi istintaqa başlayıb, lakin ilkin nəticələr ölümün zorakı olmadığına dəlalət edir.

57 yaşlı Du Wei İsraildən əvvəl Ukraynada Çinin səfiri vəzifəsində çalışıb və bu ilin fevral ayında İsrailə səfir təyin olunub.

Səfir evli olub, onun bir oğlu var, lakin ailəsi İsrailə hələ köçməyib.

Səfir Təl-Əvivdən 10 km şimalda yerləşən Herzliya şəhərində yaşayıb.

İsrail rəsmisinin bildirdiyinə görə, belə hallarda tətbiq olunan prosedura uyğun olaraq hadisə yerinə polis əməkdaşları gəlib.

İsrailin televiziya kanallarından biri, anonim tibbi mənbəyə istinadən bildirib ki, ilkin nəticələrə görə, Çin səfiri təbii səbəblərdən yuxuda olarkən vəfat edib.

Çin rəsmilərindən səfir Du Wei-in ölümünə şərh hələlik olmayıb.

Du We fevralın 15-də İsrailə gəldikdən dərhal sonra koronavirus məhdudiyyətləri səbəbindən iki həftə ərzində özünü təcrid etməli olub.

Cümə günü onun səfirliyi İsrailə səfəri zamanı Çini koronavirus pandemiyasının yayılmasına görə tənqid edən ABŞ dövlət katibi Mike Pompeo-ya sərt tənqidi cavab verib.

Jerusalem Post qəzetində dərc olunmuş cavabda səfirlik Pompeo-nun “absurd şərhlərini” pisləyərək, bu böhranın Çin tərəfindən nə vaxtsa ört-basdır olunduğu barədə iddianı rədd edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar