Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Çin hökuməti uyğur türklərini müxtəlif şəhərlərə işləməyə göndərir

Tarix: 13-05-2020 09:33     Baxış: 3223 A- / A+
Çin hökuməti uyğur türklərini müxtəlif şəhərlərə işləməyə göndərir

Çin Sincan Uyğur Muxtar Bölgəsində “təlim mərkəzi” adı altında fəaliyyət göstərən düşərgələrdə saxlanılan uyğur türklərini ölkənin müxtəlif yerlərindəki fabriklərə göndərməyə hazırlaşır.

“South China Morning Post” qəzetində bu barədə məlumat verilib.

Bunun düşərgələrdə təhsillərini başa vurmuş on minlərlə uyğur türkü üçün nəzərdə tutulmuş işlə təminetmə proqramının bir hissəsi olduğu bildirilib.

Qeyd olunur ki, yeni növ koronavirusun ölkə iqtisadiyyatına dağıdıcı təsirinə baxmayaraq, Çin bu addımla mübahisəli düşərgələrdə həyata keçirdiyi siyasətin uğurunu nümayiş etdirməyə çalışır.

Bu plan çərçivəsində Çinin yüksək texnoloji istehsal mərkəzi olan Şenzen şəhərinə 50 min, Şaoguan şəhərinə isə 30 mindən çox adamın göndəriləcəyi bildirilib.

Avstraliya Strateji Siyasət İnstitutunun (ASPI) yayımladığı hesabatda Çində 2017-2019-cu illərdə fabriklərə işləmək üçün 80 mindən çox uyğur türkünün göndərildiyi ortaya çıxıb.

Digər tərəfdən, onların ibadətlərinin qadağan olunduğu barədə məlumatlar paylaşılıb.

Uyğur türklərinin milli identikliyinin və mədəniyyətinin pozulması faktları son illər ərzində beynəlxalq ictimai rəy tərəfindən dəfələrlə tənqid olunub.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, Pekinin “peşə təhsili mərkəzləri” adlandırdığı, lakin beynəlxalq ictimaiyyət tərəfindən “təlim düşərgələri” olaraq tanınan yerlərdə ən azı bir milyon uyğur türkünün saxlanıldığı qeyd edilir.

Pekin rəhbərliyi Sincan Uyğur Muxtar Bölgəsində neçə düşərgənin, neçə nəfərin olduğu və bu insanlardan neçə nəfərin ictimai həyata qayıtması barədə məlumat vermir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar