Xəbər lenti
Əfqanıstanda iki silahlı hücum nəticəsində 40 nəfər insan həlak olub
Əfqanıstanın paytaxtı Kabildə yaraqlıların doğum evinə hücumu və şərqdə yerləşən Nangahar əyalətində hökumət rəsmilərinin və parlament üzvünün qatıldığı dəfn mərasimində intiharçı tərəfindən törədilən partlayış nəticəsində ən az 40 nəfər həlak olub.
Manevr.az "Reuters"ə istinadən verdiyi məlumata görə, hücuma məruz qalan doğum evi “Sərhədsiz həkimlər” beynəlxalq təşkilatına məxsusdur. Bildirilir ki, tibb məntəqəsinə basqın zamanı aralarında iki azyaşlı olmaqla 16 nəfər, Nangahardakı partlayış zamanı isə 24 nəfər həlak olub.
“Taliban” radikal təşkilatı bu hücumla əlaqələrinin olmadığını bildirib. Hücumla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
KƏRAMƏT
Tural Turan
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar