Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Prezident koronavirusa görə aclıq olacağını elan etdi

Tarix: 29-04-2020 15:52     Baxış: 4307 A- / A+
Prezident koronavirusa görə aclıq olacağını elan etdi

Aydındır ki, aclıq olacaq. Artıq işsizlərimiz çoxdur. Bütün dünya tənəzzülə uğrayır. Bütün ölkələr biznesi yenidən kapitallaşdırmağa çalışacaqlar.
Haitidə koronavirusun səbəb olduğu böhranı aradan qaldırmaq üçün addımlar atılmasa, ölkəni aclıq gözləyir.


Manevr.az oxu.az-a istinadən xəbər verir ki, bunu ölkənin Prezidenti Jovenel Mois deyib.

"Aydındır ki, aclıq olacaq. Artıq işsizlərimiz çoxdur. Bütün dünya tənəzzülə uğrayır. Bütün ölkələr biznesi yenidən kapitallaşdırmağa çalışacaqlar. Bu gün koronavirusun yayılmasından sonrakı vəziyyətə hazırlaşmaq üçün tədbirlər görməyə başlamasaq, bir çox problemimiz olacaq", - deyə Mois qeyd edib.

Dünya Bankının verdiyi məlumata görə, Haiti Qərb yarımkürəsindəki ən kasıb ölkədir. Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) daha əvvəl verdiyi hesabatda Haitinin 2019-cu ildə ən pis ərzaq böhranlarından birini yaşadığını bildirib. Mütəxəssislərin fikrincə, böhran Haitidə təxminən 3,7 milyon insana və ya ölkə əhalisinin 35 faizinə təsir edib.

Əhaliyə yardım olaraq prezident haitililərə 3000 qurd (təxminən 52 AZN) ödəməyi vəd edib. Ölkənin dörd bölgəsinin sakinləri bu həftənin əvvəlində ödəniş alacaqlar. Yerli hakimiyyət orqanları ölkənin bir neçə bölgəsində torpaq şumlamağa başlayıb. Ölkə başçısı yeni ərazilərdə torpağın şumlanmağa başlanmasının zəruriliyini ifadə edib və Kənd Təsərrüfatı Nazirliyinin fermerləri toxumla təmin edəcəyini açıqlayıb.

Qeyd edək ki, Haitidə 76 nəfərdə koronavirus aşkar edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar