Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanda atışma: Xəstəxanada yaralıları öldürdülər - YENİLƏNİB

Tarix: 29-04-2020 09:19     Baxış: 3495 A- / A+
Ermənistanda atışma: Xəstəxanada yaralıları öldürdülər - YENİLƏNİB

Ermənistanın Qavar şəhərində baş vermiş silahlı insident nəticəsində iki nəfərin öldürülməsindən sonra şəhərdə vəziyyət kəskin şəkildə pisləşib.

Manevr.az xəbər verir ki, bu barədə "NEWS.am" məlumat yayıb.

Bildirilir ki, öldürülənlərdən biri, hərbi polisin müstəntiqinin qohumları yerli xəstəxanaya gəliblər və insident zamanı yaralanmış şəxslərin – Armen və Xaçik qardaşlarının boğazını kəsərək qətlə yetiriblər.

İnsidentin araşdırılması üçün Qavar şəhərinə İrəvandan işçi qrup və xüsusi təyinatlı dəstəsi göndərilib. Nəzarətdən çıxmış vəziyyətin idarə edilməsi üçün polis rəisi Arman Sarkisyan Qavara gedib.

Məlumata görə, xəstəxanada vəziyyət qarışdığından istintaqçılar da ora yaxınlaşa bilmir. Atışma zamanı yaralananlardan birinin cərrahi əməliyyat olunduğuna dair məlumat da var, digər yaralı isə ağır vəziyyətdə İrəvana aparılıb.

Hadisə barədə bəzi təfərrüatlar da məlum olub. Silahlı insident zamanı ölənlərdən biri Qavarın Noratus kəndinin "Noratus ayısı" birliyinin üzvüdür, digəri isə hərbi polisin müstəntiqidir. Hadisə şahidlərinin bildirdiyinə görə, Qavardan və Noratus birliyindən olan yeniyetmələr mübahisə ediblər. Bu vaxt hərbi polisin müstəntiqi Zorik Paronikyan vəziyyətə müdaxilə edib və nəticədə atışma baş verib. Qeyd edilir ki, hətta ölən şəxsləri iki avtomobil sonacan izləyib və sonda güllələyərək öldürüblər.

İki nəfərin öldüyü silahlı insidentdən sonra iki yaralı İrəvana aparılıb, daha iki nəfərsə hadisə yerindən qaçıblar və yolda avtomobil qəzasına düşərək xəsarət alıblar. Onlar Qavar xəstəxanasına çatdırılsa da, sonradan orada qətlə yetiriliblər. Belə ki, dəyənək və bıçaqla silahlanmış şəxslər xəstəxanaya soxulublar və orada polis kordonunu da yararaq palataya keçiblər. Orada iki yaralı qardaşı öldürərək aradan çıxıblar.

***

Saat 06:38

Ermənistanın Qavar şəhərində silahlı insident zamanı yaralanan iki nəfər qisas məqsədilə xəstəxanada öldürülüb.

Bu barədə "Sputnik Armenia" xəbər verib.

Bundan əvvəl verilən məlumatda bildirilib ki, atışmada 2 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Ehtimal olunur ki, yaralılardan ikisi hadisə yerindən qaçan zaman yol qəzası nəticəsində xəsarət alıb.

İlkin məlumatlara görə, zərərçəkmişlərdən birinin qohumları təhlükəsizliyin aparıldığı xəstəxanaya hücum edib. Onlar dəyənək və bıçaqla silahlanaraq tibb müəssisəsindəki mebelləri məhv edib, polisə müqavimət göstərib və iki yaralı qardaşın yatdığı palataya soxulublar. Daha sonra həmin şəxslər yaralıların boğazını kəsərək hadisə yerindən yoxa çıxıblar.

Faktla bağlı “iki və ya daha çox şəxsin öldürülməsi”, “qanunsuz silah və sursat əldə etmə və saxlama” maddələri ilə cinayət işi başlanıb.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar