Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

İkinci Çernobıl fəlakəti yaşana bilərmi? - Açıqlama

Tarix: 27-04-2020 10:47     Baxış: 3177 A- / A+
İkinci Çernobıl fəlakəti yaşana bilərmi? - Açıqlama

Çernobıl AES-in təcrid zonasının yaxınlığında baş vermiş son yanğınlar havada artan radioaktiv hissəcikləri təhlükəli səviyyəyə çatdırmayıb.

Manevr.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA/MAQATE) məlumat yayıb.

MAQATE-nin ekspertləri öz qənaətlərində Ukrayna tərəfinin təqdim etdiyi məlumatlara söykənirlər. Məlumatda radiasiya səviyyəsinin bir qədər artması göstərilsə də, onun insan sağlamlığı üçün təhlükə yaratmadığı bildirilir.

“Bundan əlavə, yanğın yerindən uzaqlaşdıqca, radiasiyanın səviyyəsi aşağı düşür”, - deyə MAQATE-nin Fövqəladə Hallar üzrə Mərkəzinin rəhbəri Elena Buqlova qeyd edib. O, Çernobılda yanğın başladığı andan Ukrayna hökuməti ilə əlaqədə olub. Kiyev təşkilata üzv ölkələrlə oxşar hadisələr barədə məlumat mübadiləsi aparmaq üçün MAQATE tərəfindən yaradılmış xüsusi sayta mütəmadi olaraq informasiya yükləyib.

Ukrayna hökuməti yanğının təcrid zonasında işlənmiş nüvə yanacağı anbarına çatmadığını, buna görə də həmin müəssisənin əməkdaşlarının müdafiəsi üçün əlavə tədbirlərin görülməsinə və ya onların təxliyə edilməsinə ehtiyac olmadığını bildirib.

Ukrayna ərazisində radiasiyanın səviyyəsi bütün ölkə ərazisində və iyirmi il əvvəl sonuncu reaktorun bağlandığı Çernobıl AES ətrafında yerləşdirilmiş xüsusi stansiyalar şəbəkəsi vasitəsi ilə izlənilir.

Təxminən üç həftə əvvəl başlayan yanğın geniş əraziləri əhatə edib. 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəzadan sonra ətraf zonanın çirklənməsi səbəbindən bu yanğın radiasiyanın bir qədər artmasına gətirib çıxarıb. Bununla yanaşı, MAQATE havada radioaktiv materialların konsentrasiyasının Ukrayna tərəfinin müəyyən etdiyi təhlükəsizlik normalarını aşmadığını təsdiqləyib.

Ukraynanın müvafiq xidmət orqanları vəziyyəti izləməkdə davam edirlər.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar