Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

İranda qondarma "erməni soyqırımı"nın 105-ci "ildönümü" keçirilib -ŞƏKİLLƏR

Tarix: 25-04-2020 03:57     Baxış: 3266 A- / A+
İranda qondarma "erməni soyqırımı"nın 105-ci "ildönümü" keçirilib

İranın paytaxtı Tehranda qondarma "erməni soyqırımı"nın 105-ci "ildönümü" münasibətilə "anım tədbiri" keçirilib.

Manevr.az İran mətbuatına istinadən xəbər verir ki, tədbirdə erməni xəlifəliyin baş yepiskopu Sepuh Sarkisyanla yanaşı, Ermənistanın İrandakı səfiri və ölkə rəsmiləri də iştirak ediblər.

Ən maraqlısı isə odur ki, İranın rəsmi xəbər agentlikləri də bu anım mərasimindən çəkilən fotoları böyük “comərdliklə” paylaşıblar. Halbuki ermənilərin bu yalan "soyqırım" iddiaları iki müsəlman dövlətin – Türkiyə və Azərbaycanın milli maraqlarına qarşı yönəlib. İran isə rəsmi adından da göründüyü kimi bir islam dövlətidir və erməni yalanının təmtəraqlı nümayişi Ramazanın ilk gününə təsadüf edirdi.

Üstəlik, soyqırım kimi qeyd edilən həmin hadisə Osmanlı dövlətinin Rusiya və bəzi Avropa dövlətləri tərəfindən qızışdırılaraq yerli müsəlman xalqa qarşı apardıqları qətliamın qarşısını almaq məqsədilə həyata keçirdiyi məcburi köç tədbiri idi. Belə ki, 1915-ci ildə Osmanlı hakimiyyəti öz ərazisində yaşayan erməniləri Rusiyanın təsir dairəsindən uzaqlaşdırmaq üçün ölkənin şimalından cənubuna köçürmüşdü. Hansı ki, o zaman Osmanlı dövləti Rusiya ilə vuruşur, ermənilər isə Moskva tərəfindən vətəndaşları olduqları dövlətə qarşı qiyama təhrik edilirdilər.

Osmanlının ağır döyüşlər apardığı həmin vaxtlarda ermənilər kimi ölkənin digər milli və etnilk qrupları arasından da soyuqdan və aclıqdan xeyli ölənlər olmuşdu. Ermənilərin başlatdığı bu vətəndaş müharibəsində yerli müsəlman xalqlar qətlə yetirilir, namusuna təcavüz edilir, torpaqları ələ keçirilirdi. Bütün bunların müqabilində isə Osmanlı hökuməti öz dövlətinə asi kəsilmiş insanları başqa yerə köçürməklə kifayətlənirdi. Misli görünməmiş böyük xəyanət qarşısında sərgilənən bu mövqe nəinki soyqırım deyildi, əksinə heç bir millətin göstərə bilməyəcəyi humanist addım təsiri bağışlayırdı.

Təkcə onu xatırlatmaq kifayətdir ki, Qarsı erməni-rus işğalından azad etmək üçün keçirilən Sarıqamış əməliyyatında 100 minə yaxın Osmanlı əsgəri soyuqdan ölmüşdü. Bütün bunlar hesaba qatılmadan 1 milyona yaxın erməninin təhlükəsizlik məqsədilə başqa yerə köçürülməsini soyqırım adlandırmaq məntiqə sığmadığı kimi, islami vəhdət anlayışı ilə də üst-üstə düşmür.

Nə yazıq ki, bu cür həssas məsələlərdə İran hələ də xristian təəssübkeşliyi nəticəsində əzilən müsəlman xalqların yanında dayanmaqdansa “böyük şeytan” adlandırdığı qüvvələrlə həmrəylik nümayiş etdirir.

Onu da qeyd etmək yerinə düşər ki, İranda hələ də koronavirus karantini tam aradan qaldırmayıb. Buna rəğmən, rəsmi Tehran ermənilərin kütləvi tədbir keçirməsinə nəinki mane olmur, əksinə şərait yaradır. Və həmin tədbirdə iştirak edənlər üzlərinə maska taxmağa belə gərək görmürlər. Başqa sözlə desək, öz himayədarlarının qərarına belə, sayqı göstərmirlər.

Aşağıda təqdim etdiyimiz fotolar da bunu təsdiqləyir və İranın rəsmi media qurumları tərəfindən çəkilib.

İranda qondarma "erməni soyqırımı"nın 105-ci "ildönümü" keçirilib
İranda qondarma "erməni soyqırımı"nın 105-ci "ildönümü" keçirilib
İranda qondarma "erməni soyqırımı"nın 105-ci "ildönümü" keçirilib
İranda qondarma "erməni soyqırımı"nın 105-ci "ildönümü" keçirilib
İranda qondarma "erməni soyqırımı"nın 105-ci "ildönümü" keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar