Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Saakaşvili erməni nazirə xəbərdarlıq etdi: “Yolumuz kəsişməsin”

Tarix: 24-04-2020 15:32     Baxış: 4442 A- / A+
Saakaşvili erməni nazirə xəbərdarlıq etdi: “Yolumuz kəsişməsin”

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna hökumətində islahatlar üçün baş nazirin müavini təyin olunmasına münasibət bildirib.

Manevr.az xəbər verir ki, o bu barədə Ukraynanın “New Time” qəzetinə müsahibəsində danışıb.

Saakaşvili gələcək işində iki əsas məqama diqqət etmək istədiyini söyləyib:

“Hökumətdə işləyərkən ilk növbədə Beynəlxalq Valyuta Fondu ilə danışıqlara diqqət yetirmək istərdim. İkincisi, ölkəmizdə kiçik və orta sahibkarlığın güclənməsi vacibdir”.

Eyni zamanda, keçmiş qubernator bildirib ki, Ukraynada “feodal oliqarxiya sistemi” qorunub saxlanılmaqda davam edir, bu da dəyişdirilməlidir. Bu baxımdan hökumət orta təbəqənin genişlənməsinə diqqət yetirməlidir.

Siyasətçi etiraf edib ki, oliqarxlarla qarşılıqlı əlaqədən qaçmaq olmur, lakin buna laqeyd olmaq doğru deyil, çünki prioritet Ukrayna xalqı olmalıdır.

Saakaşvili daxili işlər naziri Arsen Avakovla uzun müddət davam edən qarşıdurmasına da münasibət bildirib. Ona bir stəkan su atan erməni əsilli nazirlə eyni hökumətdə necə işləyəcəyi barədə bunları deyib:

“Daxili işlər naziri prezidentin nomenklaturasıdır. Baş nazirin islahatlar üzrə müavini işlərində daxili işlər naziri ilə kəsişmir. Bunlar tamamilə fərqli istiqamətlərdir. İndi çox çətin bir vəziyyətdir, münaqişələr onu daha da ağırlaşdıra bilər. Mən münaqişə deyil, işə gedirəm”.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar